Rusiya 33 ton pomidoru Azərbaycana geri qaytardı
Baxiş sayı:
Dərc olunub:
21/10/2017 - 00:11
Rusiyanın Dağıstan Respublikasında Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ("Rosselxoznadzor”) Azərbaycandan gətirilən 33 tondan çox pomidor məhsulunun ölkəyə daxil olmasına icazə verməyib.
Oxu.az-ın məlumatına görə, səbəb kimi fitosanitar sertifikatda məlumatın tam dolğun olmaması göstərilir.
Yükün sahibi karantin məhsulunun idxalı və ixracı qaydalarını pozduğuna görə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib.
Son yazılar
13:33
Ermənilər Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.