Əfqanıstanın paytaxtı raket atəşinə məruz qalıb

Dərc olunub: 21/10/2017 - 09:20

1476120708Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

APA-nın məlumatına görə, bu barədə “Tolo News” telekanalı xəbər verib.

İlkin məlumata əsasən, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) qərargahının ərazisinə bir neçə raket mərmisi düşüb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Telekanala görə, partlayış baş verən ərazidə bir çox inzibati binalar, prezident sarayı, xarici səfirliklər və beynəlxalq hava limanı yerləşir.

Qeyd edək ki, ötən axşam Əfqanıstanın paytaxtında məsciddə törədilən partlayış nəticəsində azı 40 nəfər ölüb.


loading...




Fikrinizi bildirin