«KXDR-in nüvə statusu ilə barışın» - Pxenyandan ABŞ-a təklif

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pxenyan Amerika Birləşmiş Şatalarına (ABŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə statusu ilə barışmağı təklif edib.

«KXDR nüvə silahı barədə danışıqlar aparmağa hazırlaşmır və ABŞ Şimali Koreyanın nüvə statusu ilə barışmalı olacaq» - deyə, KXDR xarici işlər nazirliyinin (XİN) Şimali Amerika departamentinin direktoru Tsoy Son Xi Moskvada keçirilən nüvə silahının yayılmaması üzrə konfransda bəyan edib.

Onun sözlərinə görə, bu, Koreya yarımadasında və Şimal-Şərqi Asiyada sabitliyi, təhlükəsizliyi qoruyub saxamaq üçün qaçılmaz şərtdir.

«Bizim nüvə silahına ona görə ehtiyacımız var ki, mümkün hücumların qarşısını ala bilək» - deyə, Son Xi bildirib və əlavə edib ki, Pxenyan nüvə silahına və raketlərə malikdir, amma təhlükə olmayacağı hallarda onları tətbiq etməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar