FED rəhbərliyinə namizədlərin sayı 2-yə enib

Dərc olunub: 21/10/2017 - 13:23

fedABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyinə namizədlərin sayı 2-yə enib.

“Report” “Vestifinance.ru” saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox Business” kanalına müsaşhibəsi zamanı işarə edib və tezliklə FED-in yeni rəhbərinin kimliyini açıqlayacağını bildirib.

FED rəhbərinin kim olacağına dair qəti fikir açıqlamayan Tramp bu posta iki namizədin – Con Teylor (John Taylor) və Cerom Pauelin (Gerome Powell) qaldığını deyib. Xatırladaq ki, bir qədər əvvəl bu posta 8 namizəd olub. Analitiklər bu iki namizədlə yanaşı/, FED-in hazırkı rəhbəri Canet Yellenin (Cannet Yellen) də şansının olduğunu bildirirlər.

“Fox Business” kanalının əldə etdiyi məlumata görə, C.Teylorun namizədliyi ABŞ-ın vitse-prezidenti Maykl Pens (Michael Pence) tərəfindən, C.Pauelin – maliyyə naziri Stiven Mnuçin (Steven Mnuchin) tərəfindən dəstəklənir. Ekspertlər Trampın hər 2 namizədi FED-in idarəetməsinə gətirəcəyini bildirirlər. Onlardan biri FED rəhbəri, digəri isə hazırkı FED rəhbərinin köməkçisi Stenli Fişeri (Stanley Fischer) əvəz edəcək.

Analitiklər Trampın yumşaq monetar siyasət tərəfdarı olmasını nəzərə alaraq Cerom Pauelin FED rəhbəri postuna daha real namizəd olduğunu bildirirlər. Həmçinin, C.Teylorun bir müddət əvvəl Nyu-York FED-in rəhbəri, nüfuzlu maliyyəçi Uilyam Dadlini (William Dudley) açıq tənqid etdiyi deyilir.

“Report”un analitik qrupu bildirir ki, C.Pauelin FED rəhbəri olacağı təqdirdə dolların məzənnəsində ilk mərhələdə ucuzlaşma müşahidə olunacaq. Lakin daha sonra diqqətlər yenidən ABŞ iqtisadi göstəricilərinə yönələcək.


loading...




Fikrinizi bildirin