Qarabağda daha iki erməni əsgəri güllələndi

Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” daha iki hərbi qulluqçunun ölümü ilə bağlı məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, məlumata əsasən oktyabrın 20-də iki erməni əsgəri-1998-ci ildə anadan olmuş Aram Xaçatryan və 1997-ci ildə anadan olmuş Qraç Avetisyan “ölümcül güllə yaraları” alıblar. İnsidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi gösərilmir. Lakin bildirilir ki, hərbi qulluqçular “silahdan istifadə qaydalarının pozulması nəticəsində” güllə yaraları alıblar.

Sosial şəbəkələrdə yer alan məlumatlara görə insident təmas xəttinin Talış kəndi istiqamətində baş verib. Bir gün əvvəl də Ermənistan işğalçı qüvvələri həmin istiqamətdə itki vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar