«NATO şərqdən olacaq hücumun qarşısında dayana bilməyəcək» - Məxfi hesabatdan

nato_soldiers_091113AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, əgər Şərqi Avropadakı üzvlərinə hərbi zərbə endirilərsə, Şimali Atlantika Alyansı ordu hissələrini operativ şəkildə yerləşdirə bilməyəcək. Bu barədə alman qəzeti «Şpigel» əlinə keçmiş NATO məxfi hesabatına istinadla bəyan edib.

Nəşrin qeyd etdiyinə görə, NATO-nun «Alyansın müdafiə qabiliyyəti və düşmənin qarşısını almağın gücləndirilməsi barədə ilkin hesabatı» adlı sənədində ehtiyac yaranacağı təqdirdə, alyans qüvvələrinin «tez və rasional fəaliyyətə keçmək qabiliyyəti» sual altına alınır.

«NATO qüvvələrinin Avropa komandanlığının nəzarəti altında olan çox geniş ərazilərə logistik baxımdan ordu hissələrinin təcili surətdə «tullanması» qabiliyyəti soyuq müharibənin başa çatması ilə deqradasiyaya məruz qalıb» - deyə, alman KİV-i sənədin məmzmunundan sitat gətirirlər.

NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku alman nəşrlərinin bu məlumatını təkzib və ya təsdiq etməkdən çəkinib. Bununla bərabər, xanım nümayəndə qeyd edib ki, «alyansın qüvvələri döyüş vəziyyətindədir və əvvəllər heç vaxt olmadığı qədər operativ yerdəyişmə qüdrətinə malikdir».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar