“Qarabağı və “Qarabağ”klubunu da çox sevirik” - Türkiyənin məşhur məşqçisi

"Qardaşlığımıza ziyan gətirəcək addımlar atmaq olmaz".

Diaspor fəalı Elnur Eltürk musavat.com-a bildirib ki, bu fikirləri Türkiyənin məşhur məşqçisi Yılmaz Vural Türkiyənin “Sabah” qəzetinin “Qarabağ” klubunun azarkeşləri ilə bağlı yaydığı yazısına münasibətində söyləyib:

“İki qardaş ölkənin əlaqələrinə zərər gətirən yazılar yazmaq qətiyyən olmaz. Azərbaycan insanını bizi necə sevdiyini Bakıda səfərdə olarkən gördüm. Bu, sevgini zəiflədəcək yazılar onları üzür və dərindən sarsıdır. Türkiyədə milyonlarla Azərbaycanı sevən var. Dünən sosial şəbəkələrdə də “Sabah” qəzetinə gedən yazıya əsaslı və tutarlı cavab verildi. Məncə, bu reallığı anlayan “Sabah”ın rəhbərliyi gələcək yazılarında diqqət edəcəklər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar