Avropanın “Qızıl oğlan” mükafatına namizəd futbolçuların adları açıqlanıb

Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.

“Report” "Goal.com" saytına istinadən xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 3 iddiaçı var.

Bunlar Fransa yığmasının üzvləri – Killyan Mbappe (PSJ) ilə Usman Dembele (“Barselona”) və Braziliya millsinin futbolçusu Qabriel Xesusdur (“Mançester Siti”).

Mükafatın sahibinin adı oktyabrın 23-də açıqlanacaq.

Qeyd edək ki, 2016-cı ildə “Qızıl oğlan” mükafatına Portuqaliya millsinin üzvü Renatu Sanşeş layiq görülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar