“Rusiyada evlərin qiyməti daha 2-3 il düşəcək” – Ekspert

Dərc olunub: 21/10/2017 - 19:06

ipoteka-ev“Proqnozlarımıza görə, Rusiyada evlərin qiyməti rubl ekvivalentində daha 2-3 il ərzində düşəcək. Azalma 2020-ci ilə qədər davam edəcək və 20-30% təşkil edəcək. Yalnız bundan sonra stabilləşmə gözlənilir”.

“Report”un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə “Əmlak bazarı indikatorları” Analitik Mərkəzinin rəhbəri Oleq Repçenko çıxış edib.

Repçenko bildirib ki, hazırda ev və mənzillərə tələbatın azalmasına səbəb əhalinin vəsaitlərinin azalması ilə bağlıdır.

Moskva Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin statistik məlumatlarına əsasən, bu ilin ilk 3 rübü ərzində Rusiya paytaxtında ev alqı-satqı əqdlərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 30% azalaraq 327,6 minə enib. Repçenko bildirib ki, “bu o demək deyil ki, əhaliyə ev lazım deyil. Sadəcə, onlarda pul yoxdur, alıcılıq qabiliyyəti aşağı düşüb. Satılan evlərin əksəriyyəti isə kreditlə alınır”.


loading...




Fikrinizi bildirin