Rusiya XİN Trampın İrana yönəlik mövqeyinə barmaq tuşladı - Məsuliyyətsizlikdir!

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın İranın «nüvə sazişi»nə yönəlik mövqeyini məsuliyyətsizlik hesab edir.

Məlumdur ki, Tramp İranın bu saziş üzrə öhləliklərini yerinə yetirdiyini Konqresə təsdiqləməkdən imtina edib. Bu barədə şənbə günü Rusiya Federasiyası (RF) xarici işlər nazirinin müavini Sergey Ryabov bəyan edib («TASS»).

«Biz, böyük təəssüf hissi ilə müşahidə etməyə məcbur olduq ki, sazişin reallaşması üzrə pozitiv dinamika ABŞ Prezidenti Donald Trampı İranın öz öhdəliklərini yerinə yetirdiyini təsdiqləməkdən çəkindirməyə bilmədi» - deyə, diplomat bildirib və əlavə edib ki, Trampın bu qərarı həm də dünya birliyinə münasibətdə məsuliyyətsizlikdir.

Raybov onu da qeyd edib ki, onun fikrincə hələlik ABŞ İranla «altılığın» (BMT TŞ daimi üzvləri və Almaniya) birgə iclasını çağırmağa hazır deyil.

Diplomat bildirib ki, Vahinqton «növbəti dəfə dünyada təhlükəsizlik və sabitlik məsələlərini müəyyən konyuktur proseslərin (böyük ehtimalla, Trampın İsraillə özəl münasibətləri nəzərdə tutulur - red.) köməyi ilə girov götürüb və onları siyasətçilərin, böyük hesabla, bu sazişin məzmun hissəsindən uzaq olan şəxslərin sərəncamına verib».

Oktyabrın 14-də Tramp İranla bağlanmış nüvə sazişinə yenidən baxmağa hazır olduğunu elan edib. Onun sözlərinə görə, İran müqavilənin tələblərini yerinə yetirmir. Bununla bağlı o, Konqresə uyğun təqdimat göndərəcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar