Türkiyə Suriya ilə sərhədə zirehli texnika göndərib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə silahlı qüvvələrinin (SQ) müxtəlif hərbi hissələrindən toplanmış zirehli texnika Hatay əyalətinə göndərilib. «Anadolu» agentliyinin məlumatına görə, hərbi texnika Türkiyənin Suriya ilə həmsərhəd olan Reyhanlı rayonunda yerləşdirilib.

Türkiyənin hərbi rəhbərliyinə istinad edən KİV-in məlumatına görə, əməliyyatın məqsədi təhlükəsizlik rejiminə nəzarəti həyata keçirmək üçün təhlükəsizlik zonası yaratmaqdan ibarətdir. İdlibdəki təhlükəsizlik zonasında Türkiyə hərbi kontingentinin yerləşdirilməsinə oktyabrın 12-də başlanıb.

Xatırladaq ki, Astanada əldə olunmuş sazişə uyğun olaraq, gərginliyin azaldılmasına nəzarət üzrə missiya qarant ölkələrin - Türkiyə, Rusiya və İranın qüvvələrindən təşkil olunub.

Tərəflər razılaşıblar ki, Türkiyə silahlı qüvvələrinin hissələri İdlibdəki təhlükəsizlik zonasının daxilində, Rusiyanın qüvvələri isə xarici perimetri üzrə yerləşdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar