Gürcüstanın baş naziri Kaxa Kaladzeni seçkilərdə qələbə münasibətilə təbrik edib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Kaxa Kaladzeni Tbilisi meri vəzifəsinə seçkilərdə qələbə münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, hökumət başçısı Tbilisi sakinlərinə hakim “Gürcü Arzusu” Partiyasına göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Yerli idarəetmə orqanlarına seçkilər Gürcüstan demokratiyasının vacib qələbəsidir. Əhalimiz ölkənin kursunun doğru olduğunu gördü. Bizi daha yaxşı gələcək gözləyir. Tbilisi dünyanın ən gözəl şəhərlərindən biri olacaq.”, - deyə G.Kvirikaşvili söyləyib.

K.Kaladze öz növbəsində onu dəstəkləyənlərə təşəkkür edib: “Mən Tbilisiyə xidmət etməyə hazıram. Əminəm ki, görəcəyimiz işlər sayəsində Tbilisi daha da yaxşı şəhər olacaq”.

Qeyd edək ki, Edison Research təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, K.Kaladze seçkilərdə 54 faiz səs əldə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar