Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb

saakasviliMixail Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb. Bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öx feysbuk səhifəsində məlumat yayıb. O, itən şəxslərin adlarının Mixail Abzianidze və David Mikaşvili olduğunu bildirib. Saakaşvili adını çəkdiyi şəxslərdən birincisinin öz sürücüsü, ikincisinin isə Gürcüstan ordusunun polkovniki olduğunu bildirib.

Daha sonra isə yoxa çıxan tərəfdarının evinə gedərək onun ailə üzvləri ilə birgə canlı yayıma çıxıb.

Qeyd edək ki, Saakaşvili az öncə özünün keçmiş mühafizə rəisi Georgi Rubaşvilinin oğurlandığı haqqında məlumat yaymışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar