Ey, Mevlut Tezel!

mirzeMirzə AĞ

Heç bir girişsiz-filansız yazıram - sən çox yaramaz və məkrli bir casussan - ya ermənisən, ya da manqurt!

Erməni ilə məsələmiz məlum - düşmənimizdir, bəs sən? Boynuna al - sən də bir halda düşmən, digər halda isə qanı-genləri korlanmış mənasızın birisən...

Belə olmasaydın, qardaşla-qardaşın arasına girib, bu cür «diversiya»ya baş vurmazdın. Türkiyə ilə Azərbaycanı incik salmaq Ermənistan dövlətinin xarici siyasətinin aparıcı istiqamətlərindən biridir - bunu bilməmiş deyilsən. Çünki ermənilərin dünyada ən çox qorxduğu Türkiyə və Türkiyə-Azərbaycan qardaşlığıdır...

Ağdamın «Qarabağ» futbol klubunun «Atletiko» komandası ilə Bakıda keçirdiyi oyun zamanı tamaşaçıların qaldırdığı plakatı məsxərəyə qoymaqla, sən də Ermənistanın bu siyasətinə boyun əymiş olubsan - ar olsun sənə!

Yuxarıda yazdım ki, sənin qanın korlanıb - belə olmasaydı, özgürlük informasiyasının daşıyıcısı olan genlər belə «məsxərə(!)yə baş vurmağına imkan verməzdi! Bax - erməninin türkə düşmənçiliyi, onun üfunət saçan qanından «qaynayıb-süzülür». Yazdıqlarından görünür ki, sənin qanın da həmin qoxunu verir...

Sən bir idman reportyorusan - canın çıxsın, futboldan-zaddan yazıb da, murdar başını girlə! «Qarabağ» mövzusu ilə manipulyasiya etməyə səni nə(lər) vadar edir?! Təxribatçı-araqarışdıran! Biləsən, sənin cızma-qaran türk qardaşılığına bir ziyan vura bilməz! Amma bir atalar məsəlində deyildiyi kimi, «ətlə-dırnaq arasına girən, iylənib çıxar». Belə də olacaq, amma sənin «zat»ının ciddi araşdırmaya ehtiyacı var...

İndi səndən soruşmaq istəyirəm: SƏNİ MİNƏNİN (bu ifadəmə görə, bütün dünya türklərindən üzr istəyirəm!) adı nədir ki, Qarabağ mövzusunu beləcə murdarlayırsan?!

Kişiliyin çatırsa, mənim təhqir dolu bu yazımı qəzetinizdə («Sabah»dır, nədir adı?!) dərc edin. Tüpürüm sizin erməni qoxusu verən qəzetinizə!!!

Bilin - yel qayadan heç nə qoparda bilməz! Azərbaycan-Türkiyə qardaşlığı çox əzəmətli bir kurqandır - onun «palçığı» türk qanı ilə yoğrulub.

Mən bir Qarabağ köçkünüyəm, özüm «AzPolitika.info» onlayn qəzetində çalışıram - imzam da «Mirzə AĞ».

Üzünə deyirəm - düşmənimin dostu da mənim düşmənimdir. Sən bir erməni dostu, mən isə bir türk oğlu - tüpürüm sənin qəlbinə və qələminə!

Haramın olsun Türkiyənin çörəyi! Kökənini gizlədib, türkə qənim kəsildiyinə görə!

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar