Generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadına bəraət verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədova barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi üzrə bəraət verilib. Hökmə əsasən, 326.1-ci və 326.2-ci (rəsmi sənədləri zədələmə və gizlətmə) maddələrin isə müddəti keçdiyi üçün S.Məmmədovaya cəza təyin edilməyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Məmmədovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunur. Hadisədən sonra zərərçəkmiş dünyasını dəyişib. Təqsirləndirilən şəxs onun evində qulluqçu kimi fəaliyyət göstərib.

Hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

S.Məmmədova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, oğurluq hadisəsi baş vermiş evin sahibi, mərhum B.Əkbərova Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin anasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar