"Ordumuz öz gücünü növbəti dəfə sübut etməyə hazırdır"

mn Defense_Ministry_Mudafie_Nazirliyi_albomMüdafiə Nazirliyinin ermənilərin yaydığə növbəti iftira dolu məlumatdlara cavab verib.

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür:

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür.

Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar