Şəhid əsgər dəfn edildi

esger_sehid_01111Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar