"Akkord-Tekstil"də yanğın - FHN-in polkovnik-leytenantı xəsarət alıb
Baxiş sayı:
Dərc olunub:
23/10/2017 - 13:10
Ağstafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonda yerləşən "Akkord-Tekstil" fabrikində baş verib.
Ümumi sahəsi 600 kvadrartmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.
Hadisə yerinə FHN-in Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəsi, polkovnik-leytenant Sənan Mansurov xəsarətlər alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrini kəsib.
Yanığının baş vermə səbəbləri araşdırılır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.