Mingəçevirdə daha bir gənc qız özünü öldürmək istəyib

Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib.

Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar