ABŞ B-52 bombardmançılarını döyüş hazırlığı vəziyyətinə gətirir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amrika Birləşmiş Ştatlarının (ABŞ) hərbi-hava qüvvələri (HHQ) 1991-ci ildən sonra ilk dəfə strateji bombardmaçı B-52 təyyarələrini döyüş hazırlığı vəziyyətinə gətirir.

«Mən, bunu hansısa bir konkret hadisəyə hazırlıq kimi yox, dünyada düşdüyümüz reallığa hazırlıq kimi qəyərləndirirəm. Və biz, hazırlıq qarantiyası yaratmalıyıq ki, irəli gedə bilək» - deyə, ABŞ HHQ-nin generalı Devid Qoldfeyn bəyan edib .

Onun sözlərinə görə, döyüş vəziyyətinə gətirilmə barədə əmr hələ gəlməyib, amma əmrin gələ bilməsi gözləntisi ilə hazırlıq işləri aparılır.

«Dünya təhləkəli yerdir və nüvə silahından istifadə oluna biləcəyindən açıq danışmaq lazımdır. Daha bizim və Sovet İttifaqının olduğu ikiqütblü dünyada yaşamırıq. Atom bombasına malik olan digər oyunçular da var. Hələ heç vaxt öz vəzifələrini düzgün icra etmənin indiki kimi vacib olduğu vaxt olmayıb» - Qoldfeyn qeyd edib.

Bandan əvvəl ABŞ Prezidenti Donald Tramp dünyadakı hazırkı vəziyyəti «tufan öncəsi sükut» adlandırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar