Cənubi Koreya müxalifəti ABŞ-dan xahiş edir! - «Nüvə silahını ölkəmizə qaytarın»

oooKoreya«Azpolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreya müxalifət partiyasının lideri Xon Yen Pxe xüsusi missiya ilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərə gedir.

«Bu gün mən, Birləşmiş Ştatlara yola düşürəm. Vaşinqtonda olduğum vaxt Cənubi koreyalıların Şimali Koreyanın nüvə problemi barədə nə düşündüklərini ABŞ nümayəndələrinin nəzərinə çatdıracam. Cənubi Koreyanın 50 milyonluq xalqı bu problemin girovuna çevrilib» - deyə, Yen Pxe bildirib və əlavə edib ki, səfərin gedişində Cənubi Koreya ərazisində ABŞ-n nüvə silahının yerləşdirilməsinə nail olmağa çalışacaq.

Ehtimal olunur ki, 5 günlük bu səfər zamanı müxalifət lideri ABŞ hökumətinin yüksək məqamlı nümayəndələri, Konqres üzvləri və nüfuzlu ekspertləri ilə görüşlər keçirəcək.

Koreyalı siyasətçinin sözlərinə görə, Koreya yarımadasında vəztyyət gərgin olaraq qalır.

Məlumat üçün bildirək ki, ABŞ özünün Cənubi Koreyada yerləşdirmiş olduğ taktiki nüvə silahlarını hələ 1990-cı illərin əvvəlində bu ölkə ərazisindən çıxarlıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar