“Belə bir rəzalət ola bilərmi?” – Ərdoğandan sərt reaksiya

Türkiyə prezidenti Ərdoğan Bosniya və Herseqovinanın azadlığı uğrunda mübarizə aparmış Aliya İzzətbeqoviçin ölümünün 14-cü ilinin xatirəsinə həsr olunmuş konfransda çıxış edib. Avropa.info xəbər verir ki, Ərdoğan Avstriya hökumətinin türk vətəndaşların üzərində itlərlə axtarış aparmasına sərt reaksiya verərək, “Avropaya da, sizə də möhtac deylik, ancaq sizin reseptiniz Türkiyədədir” mesajı verib: “Buardan aliyanın ailəsi və yaxınları olmaqla bütün boşnak qardaşlarına başsağlığı verirəm. Aliya sadəcə bir siyasətçi, bir filosof və fəal deyildi. O, sırf müsəlman olduğu üçün müsəlman kimi düşündüyü üçün salındığı zindanda fikrini ilmə-ilmə toxuyan gənc mütəfəkkirdi”

Ərdoğan Avstriyanın türk vətəndaşlara qarşı etdiyi təhqiramiz hərəkətə də sərt reaksiya verib:

“Qərbdən Türkiyəyə gələn vətəndaşımın üstünü itlə axtarırlar. Belə bir rəzalət ola bilərmi? Sən özün axtarış apara bilmirsənmi, özün axtarsana. Qadındırsa, qadın polisin axtarsın. Niyə? Çünki bunlarında xarakterində bu var, amma bir müsəlmanda bu olmaz, çünki müsəlman zülm etməz.

Avropalı liderlərdən Türkiyəni hədəfə götürməyi bir tərəfə qoyub, sağlam məntiqə qayıtmalarını istəyirik. Xarici düşmənçiliyi pik səviyyəyə qaldırmaq heç kimsəyə fayda verməz. İslam düşmənçiliyi ilə iqtidar xəyalı qurmaq kimsəni bir yerə daşımaz. Türkiyəsiz Avropanın çata biləcəyi yer tənhalıqdır, çarəsizlikdir, daxili çəkişmələrdir. Türkiyə Avropaya möhtac deyildir. Əsil möhtac vəziyyətdə qalan Avropadır. Onlar görmək istəməsə də gedərək xroniki hala gələn problemlərinin resepti Türkiyədir, Türkiyənin tam üzvlüyüdür”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar