RAMİZ MEHDİYEVİN MÜAVİNLƏRİ OLMAYACAQ! - İnzibati vəzifələrin ali təsnifatında dəyişiklik edilir

ramizmehdiyevesas0Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur.

“Report”un xəbərinə görə, dəyişiklik qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində edilir.

Hazırki təsinaftda Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.

Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi çıxarılır.

Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

"AzPolitika" xatırladır ki, PA rəhbərinin müavini vəzifələri 2012-ci ildə yaradılmışdı. Hazırda PA rəhbəri Ramiz Mehdiyevin 3 müavini var. Bunlar Əli Əsədov, Zeynal Nağdəliyev və Novruz Məmmədovdur. Dəyişiklikdən sonra bu şəxslər PA rəhbərinin müavinləri hesab olunmayacaqlar.

Ümumiyyətlə, son vaxtlar PA rəhbərinin səlahiyyətlərinin məhdudlaşdırılması prosesi gedir. Bu post, getdikcə daha çox formal xarakter daşımağa başlayır.

635x100

Şərhlər

Adshz 2017-10-24 12:57:48

... azerbaucan azad olke olatdh.

Son yazılar