“LOTU QULİ” TÜRKİYƏYƏ GETDİ! - “Oğru dünyası” təşvişdə

Bu gün gözlənilmədən həbsdən azad olunan "Lotu Quli” ləqəbli kriminal general Nadir Səlifov Azərbaycanı tərk edib.

BakuPost.az xəbər verir ki, o, təcili olaraq Türkiyəyə uçub və orada öz tərəfdarları ilə görüşüb. Xəbərdə bildirilir ki, "Lotu Quli”nin Türkiyəyə getməsi bu ölkədə fəaliyyət göstərən kriminal aləmin nümayəndələri arasında böyük təşviş yaradıb. Onunla düşmən mövqedə olan bəzi avtoritetlər qardaş ölkəni tərk edib.

Yeri gəlmişkən, "Lotu Quli”nin Azərbaycanı tərk etməsi və Türkiyədə artıq bəzi tərəfdarları ilə görüşməsi xəbəri deməyə əsas verir ki, onun həbsdən azad olunmasıyla bağlı məlumat bu gün yayılsa da, hadisə bir neçə gün əvvəl baş verib.

Qeyd edək ki, nüfuzlu azərbaycanlı avtoritetlər Rusiyadan sonra əsasən Türkiyədə məskunlaşıblar. Xatırlatmaq yerinə düşər ki, məşhur qanuni oğru Rövşən Lənkəranski də son illərdə Türkiyədə yaşayırdı və orada qətlə yetirilib.

***

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") az öncə azadlığa buraxılıb. Bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətməkdə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.

“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.

***

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov "Modern.az"-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib. Bu barədə məlumat məhkumun özü, ailə üzvləri və yaxınlarına verilə bilər:“Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”.

Lakin Nadir Səlifovun (“Lotu Quli”) azadlığa buraxıldığını virtualaz.org-a Ədliyyə Nazirliyindən təsdiq ediblər. Hazırda “Lotu Quli” Gürcüstandadır.

Məhbəsdə olarkən N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar