PUTİNİN "YÜNGÜL ƏXLAQLI" QADIN RƏQİBİ – Sobçak hakimiyyətin layihəsidir?

“Putinin himayədarının qızı prezident seçkilərində iştirak etmək istəyir”

18 oktyabrda Rusiyanın tanınmış televiziya aparıcısı və Putin administrasiyasının tənqidçisi Ksenya Sobçak 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqladı. Kseniya Sankt-Peterburqun meri Anatoli Sobçakın qızıdır. A.Sobçak mer olan zaman Putini şəhərin birinci vitse-meri təyin edərək, ona siyasi həyat yolu açıb. Tanınmış şəxsin qızı olan Kseniya gənc yaşlarında müxtəlif tok-şoularda və yumoristik verilişlərdə iştirak edib. Hətta onu Rusiyanın Paris Hiltonu da adlandırırdılar.

Rusiyada yalnız məşhurluq sayəsində diqqət mərkəzində dayanmaq olar, amma gəlin hər şeyi öz yerinə qoyaq. Putinin qələbə ehtimalının 100% olduğu bir seçkidə, demək ki, Ksenya Sobçakın qalıb gəlmə şansı da sıfıra bərabərdir.

O, seçkilərin gülməli bir səhnəcik halını almaması üçün texniki namizəd rolunu oynayacaq. Hətta onun namizədliyinin irəli sürülməsinin Kreml tərəfindən dəstəklənməsi barədə informasiya da var. Ümumi nəticədə hər şey onunla bitəcək ki, Kseniya Putinin seçki strategiyasına öz töhfəsini vermiş olacaq.

- Məhəbbət macəraları

Kseniya Sankt-Peterburqun islahatçı kimi tanınan ilk meri olmuş Anatoli Sobçakın və ictimai xadim, tarixçı Lyudmila Narusovanın ailəsində doğulub. O, diplomatlar və digər elitanı hazırlayan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Bu isə onun gələcəyinin təmin olunacağından xəbər verirdi, lakin nəyə görəsə, Kseniya şou-biznesə keçdi. K.Sobçak əksəriyyəti quraşdırma olan realiti-şoularda çəkilib.

Sobçakın müxtəlif məhəbbət macəraları barəsində xeyli söhbətlər gəzir. Elə bu səbəbdən də, onun barəsində yüngül əxlaqlı qız imici formalaşıb. Yeltsinlə birlikdə sovet sisteminə qarşı mübarizə aparmış və həmçinin də universitetdə Putinə dərs demiş hüquqşünas Anatoli Sobçaka inanan insanlar Kseniyanın hərəkətlərindən məyus olublar.

Kseniya Sobçak 2011-ci ildə parlament seçkilərindəki qanun pozuntusuna qarşı keçirilən iri miqyaslı anti-hökumət nümayişlərində iştirak edib. Belə güman edilir ki, bu hərəkətləri ilə Kseniya Putinin qəzəbinə tuş gəlib və ona görə də, böyük ictimai təsir gücünə malik olan hökumət telekanallarında iştirak etmək ona qadağan olunub. Nəticədə, Kseniya yalnız müxalifət KİV-lərində görünür.

2012-ci ildə məhəbbət macərası yaşadığı müxalifət liderini gizlətmək şübhəsi ilə onun Moskvadakı mənzilində axtarış aparılmışdı. Axtarış zamanı mənzildən bir milyon avrodan artıq pul tapılmışdı ki, bu da onun xalqdan uzaq olduğunun nümayişi idi.

- Sparrinq tərəfdaş

“Vedemosti” qəzetinin məlumatına görə, 1 senyabr tarixində prezident administrasiyasında prezidentliyə əsas namizədin sparrinq–tərəfdaşının qadın olması qərarına gəlinib. Burada başlıca məqsəd, gülməli və komediyaya bənzər seçki gedişi ittihamından yaxa qurtarmaq üçün, nəticəsi öncədən bəlli olan seçkilərə marağın artırılmasının təmin edilməsidir.

Administrasiyanın məşvərətləşməsində namizədlərdən biri kimi Kseniya Sobçakın adı çəkilib. Hələ xeyli əvvəl K.Sobçak ölkədə keçirilən seçkiləri “yaramaz bir oyun” adlandırmışdı. Tanınmış müxalifətçı Aleksey Navalnı da Sobçaka müraciət edərək, onu Kremlin bu yaramaz oyununda iştirak etməməyə çağırıb. Navalnı Putin administrasiyasının kəskin tənqidçisidir və o, prezident seçkilərində iştirak etməyi planlaşdırırdı. Lakin bu ilin fevralında onu əmlak mənimsənilməsində ittiham ediblər. Nəticədə, Rusiya Mərkəzi Seçki Komissiyası Navalnını prezident seçkilərindəki yarışa buraxmır.

Sobçakın nə üçün kəskin şəkildə öz qərarını dəyişməsi məlum deyil. Ancaq müxalifət informasıya mənbəyi ”newtimes.ru” məlumat verir ki, öz namizədliyini irəli sürəcəyi təqdirdə Sobçaka mükafat olaraq federal televiziya kanallarına qayıtmaq və həm də ki, məsələn, “Russia Today” kimi nüfuzlu telekanallardan birinə rəhbərlik təklif edilib.

- Qarışqa yuvası

“Meduza” anti-hökumət saytının məlumatına görə, onun “yüngül” hərəkətlərinin və şou ulduzu tərzli davranışlarının seçki kampaniyasına zədələyici təsir göstərəcəyi barəsində Kseniya deyib: “Bu, kimlərisə zədələyə bilər, amma düşünürəm ki, mənə kömək edəcək. Sadəcə mən məhz “Qarışqa yuvası” tortu kimi bir adamam. Mən müxtəlif insanlarla təmasda oluram, mənə hər şey maraqlıdır, mən hər şeyi bilmək və hər yerdə itirak etmək istəyirəm. Hər saniyə öyrənmək istəyirəm və mənim həyatım bundan ibarətdir”.

Hələlik Kseniya Sobçak öz siyasi proqramını elan etməyib. Kseniya yalnız onu deyib ki, seçicilərin ona səs verməsi üçün, o, özünəməxsus şəkildə “hamıya qarşı” -Putinə, ”Yabloko” qrupunun lideri Qriqori Yavlinskiyə, kommunistlərin lideri Gennadi Züqanova və prezident seçkilərində iştirak edən digər ənənəvi namizədlərə qarşı çıxış etmək istəyir.

Bundan öncə, o, bildirmişdi ki, hakimiyyət uğrunda mübarizə maraq doğura bilər. Kseniya bəyan etmişdi ki, gənclərə istiqamətlənmiş ”Hamı azaddır” siyasi hərəkatını yaratmaq niyyətindədir, amma bu işdən bir şey çıxmadı. Sosial sorğularda o əsasən ikrah doğuran hit-paradda yuxarı cərgədə yer alır. Kseniyanın dostu deyir: ”Onun üçün seçkilərdə iştirak, siyasi şoudan başqa bir şey deyil”.

10 sentyabr tarixində Rusiyada regional seçkilər keçirildi. Bütün 15 regionda “Vahid Rusiya” partiyasının nümayəndəsi qalib gəlib. Bu isə hakimiyyətin mövqeyinin necə möhkəm olmasından xəbər verir. Əgər hətta, Kseniya öz namizədliyini irəli sürərsə, o müəyyən sayda səsi yalnız varlı və həmçinin də, nisbətən liberallığı ilə fərqlənən orta sinifin yaşadığı Moskvada və digər iri şəhərlərdə yığa bilər. Amma hər halda ən yaxın günlərdə seçkilərdə iştirakını rəsmi surətdə bəyan edəcək Putin qarşısında siyası openenti olmaq üçün, Sobçakın heç bir şansı yoxdur.

(“47 News”-Yaponiya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar