RUSİYAYA SARSIDICI ZƏRBƏ – “Bu, Moskvaya qarşı ən təsirli siah rolunu oynayacaq”

“Rusiya Qərbə qarşı müharibədə enerjidaşıyıcılarından silah kimi istifadə edir”

Rusiya ABŞ-a qarşı kiber müharibə aparır. Əgər bunun miqyasından və davamlılığından danışsaq, onda deyə bilərik ki, bu kiber hücumlar ən azından 2014-cü ildən və bəlkə də, daha əvvəl başlayıb.

Amerika və Avropanın siyasi və iqtisadi xadimlərinə, onların dövlət quruluşlarına qarşı yönələmiş bu hücumlar, hökumətlərin yıxılması, qeyri-sabitliyin yaranması və potensial opponentlərin ruh düşgünlüyünə uğradılması istiqamətində Moskvanın daha iri miqyaslı strategiyasının tərkib hissəsidir.

Bundan başqa, Moskva belə hesab edir ki, o, 2003-2004-cü ildən etibarən Qərblə müharibədədir. Hələ 18 yanvar 2005-ci ildə Rusiya müdafiə naziri Sergey İvanov müasir müharibənin sistemləşdirilmış konsepsiyasının hazırlanması mərkəzi sayılan hərbi elmlər akademiyasında çıxışı zamanı deyib: “Rusiyaya qarşı müharibə gedir və bu birinci il deyil. Dövlətlərdən heç biri bizə müharibə elan etməyib. Heç bir ölkə bizimlə müharibə vəziyyətində deyil. Amma buna baxmayaraq, müxtəlif ölkələrdə elə insanlar və təşkilatlar var ki, onlar Rusiyaya qarşı düşmən fəaliyyətlərindədirlər”.

Rusların zənn etdikləri həmin müharibədə Moskvanın başlıca silahı Avropa və Asiya ölkələrinə satılan neft və qazdan əldə olunan gəlirlərdir. İnformasiya və kiber müharibəyə çəkilən xərclərin əhəmiyyətli hissəsi elə məhz bu gəlirlərdən ödənilir. Digər tərəfdən bu pullar Putinə imkan verir ki, o özünün yaxın ətrafına və ölkədəki məmur korpusuna pay ayırmaq yoluyla rejimi saxlaya bilsin.

Elə buna görə sanksiyalar və həmçinin də enerji resurslarının aşağı qiymətləri Rusiya elitasında bərk narahatçılıq yaradır. Bu səbəbdən də, ruslar sanksiyaların və Maqnitski qanununun ləğv edilməsi üçün özlərinin “təsir obyekti” kimi məhz Trampın seçki qərargahını seçdilər. Lakin Amerikanın Rusiyaya uzunmüddətli nəticələri ola biləcək sarsıdıcı zərbə vurmaq imkanı var.

Bunun üçün Konqres Amerikan qazının xaricə satışına məhdudiyyətlər qoyan qanunları dəyişməlıdir. Həmin məhdudiyyət Avropa və Asiyaya iri həcmdə qaz göndərilməsinə əngəl törədir.

Rusiya liderləri deyə dilərlər ki, sanksiyalar onlara təsir göstərmir, amma rusların Trampın seçki qərargahı ilə dostluq münasibətləri qurmağa cəhd etməsi bunun əksini sübut edir. Ona görə də, sanksiyaların saxlanılması, onların uzadılması və ABŞ enerji daşıyıcılarının xaricə nəql edilməsi Moskvaya qarşı ən təsirli siah rolunu oynayacaq.

Moskva özünün enerji silahından Pribaltika və Polşadan tutmuş, Qara dənizə kimi uzanan bütün Şərqi Avropa ölkələrindəki siyasətçilərin, partiyaların, təşkilatların və KİV-lərin ələ alınmasında istifadə edir. Bu ölkələr Rusiya üçün çox mühümdür. Belə ki, onların ərazisindən iri enerji istehlakçıları olan İtaliya və Almaniyaya qaz kəmərləri çəkmək olar.

Hər necə olsa da, ABŞ-da böyük həcmdə şist neftinin çıxarılması enerji daşıyıcılarının qiymətinin aşağı düşməsində həlledici faktor olub. Lakin bu hələ hamısı deyil, çünki enerji qiymətlərini yüksək səviyyədə saxlamaqdan ötrü, Moskvanın OPEK ölkələri ilə əməkdaşlıq etməsinə baxmayaraq, “şist sıçrayışı” qiymətlərin yenidən düşməsinə gətirib çıxara bilər.

Digər tərəfdən hadisələrin gedişi də Amerikanın yararınadır. Dövlət katibi Reks Tillerson və ticarət naziri Uilbur Ross və həmçinin də prezident Tramp ABŞ qanunlarında dəyişikliklər edilməsinin vacibliyini açıq şəkildə bəyan ediblər. Belə olan təqdirdə ABŞ-dan qaz alan ölkələrin sayı artacaq. Bu qaz Hindistan, Yaponiya, Cənubi Koreya və hətta Çin kimi Asiya ölkələrinə lazımdır. Bu ilin əvvəllərində Çinin ABŞ-la bağladığı müqavilənin şərtlərindən biri də, məhz bu cür qaz nəqlidir.

Bundan əlavə, Litvaya edilən rəmzi qaz nəqlindən başqa, ABŞ Şərqi Avropanın digər ölkələrinə böyük həcmdə qaz ixrac edə bilər. Hətta, Rusiyaya yaxın olan Bolqarıstan kimi ölkələr də, əgər qiymət qanedici olarsa, böyük məmnuniyyətlə Amerikan qazını alarlar. Sözsüz ki, Amerika qazını həm Rumıniya və hətta Serbiya da alardı (Moskva qaz tədarükü məsələsində çox zaman bu ölkəni barmağına sarıyır).

Bütün Şərqi Avrpa üzrə transsərhəd qazkəmərləri tikilir və bu proqram mütləq dəstəklənməlidir. Çünki zamanla onun köməyi ilə Litvaya çatdırılan qazı birbaşa Bolqarıstana nəql etmək mümkün olacaq.

ABŞ Şərqi Avropaya olunacaq qaz tədarükünün şaxələndirilməsini təmin etmək üçün nə gücünü, nə də ki, vəsaitini əsirgəməməlidir. Bu qaz nəqlinin siyasiləşməsini və Moskvanın qazdan Qərbə qarşı silah kimi istifadə etməsini əngəlləyər.

Bu tədarüklərin Moskva üçün nə dərəcədə mühüm olmasını görmək üçün Rusiyanın hansı siyasət yürütməsinə ötəri nəzər yetirmək kifayətdir. Belə ki, ABŞ və digər qaz hasil edən ölkələrdən göndərilən qaz hesabına Balkanların, Şərqi Avropanın və Asiyanın mavi yanacaqla təchiz edilməsi kimi Vaşinqtonun əks-tədbirlər strategiyası qarşısında Moskvanın mövqeyi zəifdir.

Əgər Konqresin Rusiyaya qarşı hansı əhval-ruhiyyə ilə kökləndiyini nəzərə alsaq, onda deyə bilərik ki, amerikalı qanunvericilər yəqin ki, bu qanun layihəsini təsdiq edəcəklər. Və böyük ehtimalla, səhiyyə ilə bağlı olan qanun layihəsində olduğu kimi, süründürməçi, mənasız və hətta komik mübarizə getməyəcək. “Enerji” kartının oynadılması ABŞ-ın strategiyasına çevrilə bilər. Həm də uğurlu bir strategiyaya...

(“The Hill”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar