AVROPADAN BEYNƏLXALQ BANKA AĞIR ZƏRBƏ - Köçürmələrə “stop”...

Avropa banklarından Azərbaycan Beynəlxalq Bankına (ABB) bütün köçürmələrə “stop” qoyulub. Bu barədə azadlıq.info məlumat yayıb.Artıq Beynəlxalq Bankdakı hesablara xaricdən köçürmə etmək mümkün deyil.

Beynəlxalq Bankın Almaniyadakı partnyoru “Commerzbank”ın bu ölkədəki banklara göndərdiyi məlumatda köçürməyə qoyulan qadağanın müddətsiz olduğu vurğulanır.

Bir müddətdir Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiya məsələsi gündəmdədir. Yəni, söhbət bank üzrə xaricilərə olan borcların geri ödənişi sahəsində irəli sürülən yeni şərtlərdən gedir.

Xaricdən köçürmələrin dayandırılması bu məsələ ilə də əlaqələndirilir.

635x100

Şərhlər

Quliyev Elxan Sarı o. 2017-10-28 13:30:34

ABB-ni ölüm yatağına salan da, saldıran da eyni şəxslərdir.....Bilənlər də özlərini bilməzliyə qoymuşdular. Süpürgəçinin adına kredit yazanda vəsait buxarlanar də.

Son yazılar