“Kennedi sənədləri” Hitlerlə bağlı sirrin üstünü açıb - Yenildikdən sonra Argentinaya qaçıb 

Çoxlu konspiroloji nəzəriyyədən biri bildirir ki, Adolf Hitler Berlində fürerbunkerdə intihar etməyib, Yeva Braunla Argentinaya qaçıb. Rəsmi versiyaya əsasən, onların cəsədləri yandırılıb, sonra isə Berlinin Bux rayonunda dəfn olunub. Çənə və dişlərin fraqmentlərinə əsasən, Hitler, Yeva Braun və Höbbelsin meyidləri eyniləşdirilib. Amma bu, Hitlerin intiharına inanmayan konspiroloqları sakitləşdirməyib. İndi isə KİV-lər onların əsassız gümanlarının təsdiqi kimi diqqəti Hitlerin intiharı haqda məlumatı təkzib edən və onun Argentina həyatından danışan sənədlərə yönəldir.

Hitler Şrittelmayer soyadıyla Kolumbiya və Argentinada gizlənib

Hələ 2013-cü ilin mayında elan edilmiş, amma mətbuatın diqqətini indi çəkən sənədlərə əsasən, Hitler II dünya savaşında sağ qalıb və Latın Amerikasına qaçıb. Uyğun informasiya ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlə yetirilməsi haqda sənədlərin məxfisizləşdirilməsilə bağlı “ikinci həyat” qazanıb. MKİ-nin məlumatına görə, Amerika kəşfiyyatının xəbərçilərindn biri 1955-ci ildə məlumat verib ki, keçmiş esesçi Filipp Sitroen II dünya savaşından sonra guya Kolumbiyada Şrittelmayer soyadı altında gizlənən Hitlerlə görüşüb.

Məlumat rəsmi xarakter daşıyır

“CIMELODY-3 (kod adı-tərc.) 1955-ci il sentyabrın 29-da onun nəzarəti altında Avropada olan və Marakayboda yaşayan inanılmış şəxslə görüşüb”, – MKİ-nin o zamankı rəhbəri Devid Briksnorun imzaladığı hesabatda deyilir. CIMELODY-3-ün məlumatlarına görə, Sitroen Hollandiya kral gəmiçilik şirkətinin əməkdaşı olmaqla, haradasa, ayda bir dəfə fürerlə təmasda olub. O, tam əminliklə bildirib ki, Hitler sağdır və Kolumbiyada gizlənir. Bu görüşlər Sitroenin Venesueladan Kolumbiyaya ezamiyyələri vaxtı baş verib. Xəbərçi qeyd edib ki, mübaribənin qurtarmasından on il keçdiyindən Hitler daha cinayətkar kimi axtarılmırdı.

Agent öz sözlərinin təsdiqi kimi fürerin fotoşəklini əlavə edib

MKİ hesabatından nəticə çıxır ki, CIMELODY-3 sentyabrın 29-da Sitroenin şəxsiyyətinin təsdiqi kimi “Adolf Şrittelmayer”in fotosunu əldə edib. Şəklin arxasında göstərilib ki, 1954-cü ildə Tunxa şəhərində (Qərbi Kolumbiya) çəkilib. Xəbərçinin sözlərinə görə, fürer artıq növbəti ilin yanvarında Argentinaya gedib.

Şəkildə Sitroen və xəbərçinin iddia etdiyi kimi, qaçaq Adolf Hitler əks olunub. Məruzədə göstərilir ki, bu məlumata nə CIMELODY-3, nə MKİ müfəssəl qiymət verə bilir.

Müharibə iştirakçılarının əksəriyyəti Latın Amerikasına qaçıb

Sağ qalan Hitler haqda nəzəriyyə məğlubiyyətdən sonra yüz minlərlə nasistin Latın Amerikasına (Meksika, Braziliya, Boliviya və Kosta-Rikaya) qaçdığına söykənir. Hitlerçilər daha çox Argentinada məskunlaşıblar: 1946-cı ildə prezident seçilmiş Huan Peron nasistlərə açıq şəkildə rəğbət göstərir və Nürnberq məhkəməsinin qərarını tənqid edirdi.

Məsələn, Auşvits dustaqları üzərində qeyri-insani sınaqlar keçirmiş Yozef Nengele Argentinada sığınacaq tapmışdı. Ən çox axtarılan nasistlərdən biri kimi Buenos-Ayresə bitişik qəsəbədə Helmut Qreqor adıyla yaşayırdı. Nasistlərə qaçmaqla xilas olmaqda Qırmızı Xaç yardım edirdi – Mengeleyə yeni pasport və səyyar sənədlər vermişdi.

Bundan başqa, konslager komendantı Treblink Frantsa və komendant müavini Sobibor Qustav Vaqnerə, həmçinin SS hauptşturmfüreri Aloiz Brunnerə Avropanı tərk etməkdə kömək etmişdilər.

Qaçış haqda nəzəriyyəni Sovet İttifaqında uydurmuşdular

Hitlerin öz arvadı ilə devrilmiş Berlindən qaçdığı haqda versiya düşmənin şüurlu dezinformasiya siyasəti çərçivəsində meydana çıxıb. Stalin 1945-ci ilin iyununda Hitlerin ölümünü birmənalı təsdiq edə bilməyib, Qərb dövlətlərinin rəsmi rəyinə baxmayaraq qeyri-müəyyənlik yaranmışdı. Fürerin ölümü haqda ətraflı hesabatı ilk dəfə Britaniya hökumətinin tapşırığıyla əks-kəşfiyyat tarixçisi Hyu Trevor-Roper hazırlayıb. O, yekun vurub: “Əfsanə və nağıl yaratmaq arzusu həqiqətə sevgidən güclü çıxıb”.

Çənə – bütün sualların cavabı

Hitlerin 1945-ci ildə ölməyinin əsas sübutu çənədir. Sovet qoşunları Berlini görürəndən sonra yazıçı Yelena Rjevskaya (Koqan) Hitler və Höbbelsin cəsədlərinin axtarışına, həmçinin onların intiharının təhqiqatına qatılıb. O, Stalinin əmriylə yaradılan üçnəfərlik məxfi dəstəyə daxil idi. Əldəki məlumata görə, Hitlerin cəsədi tapılıb, Rjevskaya onun çənəsini isə pencəyinin gizli cibində Moskvaya çatdırıb. Bu dəlillər isə fürerin tibbi kartı və plombuyla birgə sübut edib ki, nasistlərin lideri həqiqətən ölüb.

pravda.ru, 30.10.2017

Tərcümə Strateq.az-ındır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar