İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Əsgərova Qənirə İzzətulla qızı

Qulubəyli Şirməmməd Qüdrət oğlu

Mədətov Akif Vəli oğlu

Rəhimov Məmmədəli Həmzə oğlu

Rəhimov Rafiq Vilayət oğlu

Seyid Surə Namidar qızı

Zeynalov İsmayıl Əli oğlu”.

***

Prezident İlham Əliyev Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

Hacıyev Məhəmməd Şahbaz oğlu

Hüseynov Allahverdi Yaqub oğlu

Maqsudov Elbəyi Sadıq oğlu

Məhərrəmova İnara Eldar qızı

Məmmədov Əbülfəz Məmməd oğlu

Nuriyev Mübariz Əsgər oğlu

Orucova Sevinc Vaqif qızı

Rəhimov Novruzəli Həmzə oğlu”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar