Suriyanın taleyi Soçidə həll ediləcək

Rəsmi Dəməşq Suriya Milli Konqresinin dialoqu ilə bağlı danışıqları lazımi vaxtda başladıb.Axar.az xəbər verir ki, bu sözləri Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.

“Biz düşünürük ki, konqresin öz işinə başlaması üçün münasib zamandır. Biz bu konqresdə iştiraka hazırıq. Danışıqların Suriyada keçirilməsini nəzərdə tutsaq da, məsələyə realist yanaşdıq. Uzun danışıqlardan sonra dialoqun Rusiyada keçirilməsi barədə razılığa gəldik”, - diplomat bildirib.

Qeyd edək ki, Suriya Milli Konqresi noyabrın 18-də Soçi şəhərində öz işinə başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar