"Qarabağ" ÇL-də ilk qələbəsini qazandı - Gənclər Liqası

Bu gün Gənclər Liqasının Çempionlar Liqası yolunda IV turun oyunlarına start verilib. Musavat.com xəbər verir ki, Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” II dövrədə ilk oyununa çıxıb.

Buna qədər keçirdiyi 3 görüşdə böyük hesabla uduzan Ağdam təmsilçisi İspaniyada “Atletiko” ilə qarşılaşıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda əvvəlki matçlardan fərqli olaraq (Gənclər ilk turda “Çelsi”yə 0:5, ardınca ev matçlarında “Roma”ya 0:3, “Atletiko”ya 1:5 hesabı ilə uduzub) rəqib meydanında 2-ci sınağında Madrid təmsilçisini minimal hesabla məğlub edib.

Qarşılaşmanın 45-ci dəqiqəsində Yaroslav Dedanın vurduğu qol matçda yeganə olub.

"Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol: Yaroslav Deda, 45

Baş hakim: Stefan Klossner

Baş hakimin köməkçiləri: Remi Zqraqqen, Efe Kurnazca (hamısı İsveçrə)

Dördüncü hakim: Valentin Qomes (İspaniya)

UEFA nümayəndəsi: Neyl Morro (Şinali İrlandiya)

Hakim-inspektor: Manuel Dias Veqa (İspaniya)

Majadahonda. Siudad Deportiva Serro Del Espino

"Atletiko": 1. Alexandro Herrera Linares, 2. Eduardo Viana Kampuzano, 3. İqor Roxo Manrik, 4. Aytor Punyal, 5. Xose Karlos Aliaqa (k), 6. Oskar Kastro Dorta, 7. Xoakin Munyos, 8. Endi, 9. Alberto Salido, 10. Oskar Klemente, 11. Salomon

Ehtiyat oyunçular: 13. Karlos Sans Paredes, 12. Fernando Qastanyaqa, 14. Fransisko Montero, 15. Rodriqo Rikelme, 16. Mikel Karro, 17. Xuan Aqüero, 18. Covanni Navarro

Baş məşqçi: Manuel kano Martin

"Qarabağ": 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 31. Oliver Stoymenovski, 38. İbrahim Qədirzadə, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov

Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 43. Davud Mahmudov, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev

Baş məşqçi: Rəşad Sadıqov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar