Rusiyada 5 il aliment borcunu ödəməyən azərbaycanlı saxlanılıb

Rusiyanın Ryazan vilayətində aliment ödənişi üzrə borclu kimi 2012-ci ildən axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət idarəsinin mətbuat xidməti məlumat verib.

Sənədlərin yoxlanışı zamanı kişinin Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşadığı müəyyən edilib. Miqrasiya qanunvericiliyini pozan şəxs polis şöbəsinə aparılıb.

Sonrakı araşdırma nəticəsində polis əcnəbi vətəndaşın Azərbaycanın hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə 2012-ci ildən aliment borclusu kimi federal axtarış siyahısında olduğunu aşkar edib.

Adı açıqlanmayan bu şəxs Azərbaycan tərəfinə ekstradisiya olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar