Bakının bu ərazisi işıqsız qalacaq

Bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı "kənd Əhmədli" adlanan yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə "Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasilə əsasən Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov və Xudu Məmmədov küçələrini əhatə edəcək. Buna səbəb Azərenerji”yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləridir.

"Azərişıq" yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar