"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 62% artıb" - Putin

İranın paytaxtı Tehran şəhərində Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub.

"Report" TASS-a istinadən xəbər verir ki, görüş İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçiriləcək üçtərəfli zirvə görüşündən əvvəl təşkil olunub.

V.Putin bildirib ki, əlaqələrin inkişafı istiqamətində göstərilən səylər əbəs deyil. Dövlət başçısı buna misal olaraq ilk 9 ayda ticarət dövriyyəsinin, təxminən, 62% artdığını göstərib: "Biz digər istiqamətlərdə də işləyirik. Daima regional məsələlər üzrə məsləhətləşmələr aparırıq. Sizinlə ikitərəfli formatda görüşmək imkanı olduğu üçün çox məmnunam".

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar