“Azərbaycan, Rusiya və İran neft-qaz sektorunda əməkdaşlığı genişləndirəcək” - Bəyannamə

Azərbaycan, Rusiya və İran Tehranda keçirilmiş sammitin nəticələrinə görə beynəlxalq enerji platformaları və neft-qaz sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədirlər.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda İran prezidenti Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair qəbul edilən Birgə Bəyannamədə deyilir.

Tərəflər, həmçinin, üç dövlətin elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinin həyata keçirilməsinə dəstək ifadə ediblər. Moskva, Tehran və Bakı ticarət və iqtisadi əlaqələri daha da intensivləşdirmək üçün birgə səylərin vacibliyini vurğulayıb və qarşılıqlı sərmayələrin inkişafı üçün əlverişli şərait yaratmağın zəruriliyini qeyd ediblər.

Tərəflər ticarət strukturlarının nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi, ticarət və sənaye palatalarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması və işgüzar dairələrin maraqlarının dəstəklənməsinin vacibliyini vurğulayıblar.

"Tərəflər nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, " Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün avtomobil yolları, dəmir yolu və hava nəqliyyatı sahəsində əməkdaşlığın vacibliyini təsdiqləyir”, Bəyannamədə vurğulanıb.Bu baxımdan, tərəflər "Rəşt-Astara" dəmir yolu xəttinin tikintisi layihəsinin tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Liderlər həmçinin ölkələr arasında viza rejiminin daha da asanlaşdırılmasının vacibliyini vurğulayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar