Azərbaycan prezidenti İlham Əliyev Əli Xamenei ilə görüşüb 

Azərbaycan prezidenti İlham Əliyev Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb. APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Ayətullah Xamenei Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və iki ölkənin dərin tarixi bağlarının olduğunu qeyd edib.

"İran və Azərbaycan arasındakı qardaşlıq və yaxın əlaqələrin olmasını istəməyənlər var. Onların bu təhrikedici istəkləri və dağıdıcı addımları qarşısında müqavimət göstərmək, daha ciddi əzmkarlıq və iradə ilə iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək lazımdır", deyə Ayətullah Xamenei

Prezident İlham Əliyev Azərbaycan və İran arasında mədəni, iqtisadi, enerji, tranzit və qarşılıqlı investisiya sahəsində əməkdaşlığın olduğunu vurğulayıb.

“Hazırda İranla iqtisadi və mədəni əlaqələrimizi möhkəmləndiririk və bu əlaqələrin davamlı və sarsılmaz olması üçün ciddi iradə var. Heç kimə iki ölkənin əlaqələrini pozmağa və müdaxilə etməsinə icazə verməyəcəyik”, deyə dövlət başçısı vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar