"QOCA" ÖLDÜRÜLDÜ! - DİN və Baş Prokurorluqdan birgə məlumat 

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deyilir: "2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

Məlumatın dəqiqləşdirilməsi məqsədilə aparılan yoxlamalarla Etibar Məmmədov və İlqar Əzimovun noyabrın 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.

Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılaraq tutulub.

Cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd "Makarov" markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilərək götürülüb.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

* * *

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

“Qoca” ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur.

* * *

Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən  E. Məmmədovun öldürülməsi faktı təsdiqlənib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş.Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

***

Bakının Qaradağ rayonunda silahlı insident baş verib. "Report" xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E. Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, E.Məmmədov özü də ağır xəsarət alıb. Silahlı insident zamanı daha iki nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib.

635x100

Şərhlər

ilqar 2017-11-02 12:55:10

G.M halaldi Size

G.M 2017-11-02 12:55:10

Şərh yazan,mənimlə həmfikir olan..hətta adımı müsbətə çəkənlərə minnətdaram.Ancaq baxıram ki,bəz dostlar mövzunu unudub,məni müzakirə obyektivinə çeviriblər.Ən çox da narahatçılığı qudrətin aşiqi olan bir adsız şərhçi keçirdir.bu biçarə məni sevməsə də şərhlərimin hamısını oxuyur.)))

Cəmşid İrzaquliyev 2017-11-02 12:55:10

Bu hadisəyə məsul olan iri ranqlı məmurların aqibəti nə olacaq. Başa düşülürmü ki, bu hadisə dolayısı ilə bir dövlət qurumunun timsalında dövlətin küçük düşürülməsi deməkdir. Zaman-zaman mətbuatda zindan olayları ictimailəşib, lakin buna məsul qurum, özünü ondan qoymayıb. Sonu da bu.Bu demək olar ki, uzun illərdir məmur cəzasızlığının və məsuliyyətsizliyinin nəticəsidir. Onların əksəriyyəti o həddə harınladılar ki, artıq Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara belə məhəl qoymadılar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı altı aydan artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

dadaşyev 2017-11-02 12:55:10

O cür yüksək qorumaları olan xüsusi qatardan sıradan bir cinayətkarın da deyil,avtoritetin qaçması və tutularkən öldürülməsi pərdəsi arxasında nələrin yatdığını bilmək üçün mütləq bu araşdırılmalıdır ki,Lənkəranskinin sahibləndiklərinə sahib olmaq üçün vaxtından əvvəl (!) azadlığa çıxa(rıla)raq İstanbula,oradan da təntənəylə Yekaterinburqa gedən Lotu Qulinin daha çox haqqı varmış,yoxsa Qocanın.Niyə Lotu Quli azadlığıa çıxınca Qoca da həbsdən qaça bilir?Əsas sual budur.Fədayə hekayəsi baş qatmaq üçündür.

dadaşyev 2017-11-02 12:55:10

Fədayə xanımın bu sirrli məsələdə bir tək günahı var:sevgisinə sədaqət.Hər hansı bir qadının kimə könül verməyi isə sırf onun şəxsi işidir.Onun könlünün işidir yəni.Könülə əmr etmək olmaz.Sevgi ağılla olan şey deyil ki,deyəsən bunu yox o birisini sevim.Çünki o birisi yağlı vəzifədədi,qudası da hökmlü adamdı,pulunu da balta kəsmir,qalstuku da düşmən çəpəridi,yatanda da boynundan çıxarmır ki,birdən gecəylə qəfil qarşısında peyda olar,əyilib qalstukuyla rəisinin ayaqqabılarını silə bilsin.Yapma yau,kardeşim.

dadaşyev 2017-11-02 12:55:10

Cinayət aləmində bir avtoritetin "sifariş"ini digər avtoritet verər,durub dururkən hər hansı sıradan bir cinayətkar hər hansı avtoriteti öldürməyə qalxmaz.Onların dünyasının öz qanunları var.Ded Xasan sifarişlə öldürüldü,Lənkəranski oldu söz sahibi.Lənkəranski sifarişlə öldürüldü,bir başqası oldu söz sahibi.Lotu Quli lap bu günlərdə azadlığa buraxıldı,getdi Lənkəranskinin var-dövlətini bölüşməyə.Və tam o sıralarda Qoca Bakıya gətirilərkən qatardan qaçmalı oldu ki,"öldürülməli olsun".Burada Fədayəlik nə var?

dadaşyev 2017-11-02 12:55:10

Əgər qaçmasına ona görə şərait yaradılıbsa ki,tutularkən öldürülsün,onda kimlərin yardımıyla qaçırılması ajiotajı "öldürülməsi üçün qaçmasına şərait yaradılması" motivini kölgədə qoymalıydı.Kölgədə qoyan nə oldu bəs?Qaçmağa yardım edənlər içində Fədayə xanım kimi sevimli xanəndənin olması.Baxmayaraq ki,o, qaçanla qaçdıqdan sonra görüşmüşdü.Yəni Fədayə xanımın məşhurluğu beyinlərdə o qatardan qaçmağın mümkünsüzlüyü fikrini kütləşdirdi,fikirlər o xanım tərəfə yönəldi."Səni yaramaz səni" demək üçün.Yəni.

NURəddin 2017-11-02 12:55:10

Biz artıq polis tərəfindən güllələnərək öldürülmə hallarına tez-tez rast gəlirik. Öldürməksə 2 anlam verir.iz itirmək və cəzasız qalacağından əmin olmaq.Əgər doğrusansa tut.Hamının gözü qarşısında mühakimə et

Türk 2017-11-02 12:55:10

Qocanı anladıq ki, bir dəfə qatardan qaçıb, bir dəfə də baqajdan düşüb qaçıb. Uğursuz leqallar onu öldürdülər. Qətlə yetirilən digər yol yoldaşının silahlı müqavimət göstərməsi inandırıcı deyil. Üstəlik iki nəfəri də qanına bələmək uğur sayılır?.

dadaşyev 2017-11-02 12:55:10

G.M. nəyi doğru demir ki?Diqqətlə oxuyun.O demir polisə silah qaldıran vurulmamalıdı.O deyir ki,iş elə qurulub ki,sonunda o,polisə silah qaldırdığı üçün vurulub öldürülsün.G.M. bunu deyir.Yəni nəzərə alsaq ki,o xüsusi təyinatlı qatardan qaçmaq UAZ və ya PPX maşınından qaçmaq demək deyil,o zaman G.M.-ya bravo deməmək mümkün deyil.Yəni öldürmək üçün motiv lazımdı;Bakıya gətirirdik,qaçdı,axtardıq,yerini bildik,istədik tutaq,müqavimət göstərdi,vurub öldürməyə məcbur olduq.Motiv varmı?Kifayət qədər.

Avropa 2017-11-02 12:55:10

Yaralan polısler hardadır bes? Eyer onlar sılahlı muqavımet gosterıblerse yaralı olan dınc sakın veya polıs olmalıdı basqalarının gozunu qorxutmaga hesablanmıs planlı tapsırıq olum emrı, G M sozlerınde heqıqet var bele asanlıqla genc oldurulmemelıdır yazıg anası atası... turmeden bele qacıs planı olsa ıdı onlar daha etıbarlı ellerde yerlerde olardılar turmeden qacan ınsanın sılahlı muqavımet gostermeyı hec ınandırıcı deyıl gozden perde asmag ucun uydurulmus yalanlar sılsılesı.. halaldı sıze g m uzag gorenz

Son yazılar