TAĞI ƏHMƏDOVUN 3 MİLYONU NİYƏ BATDI? - Şok səbəb

tagi-ehmedov-mtn-akif-covdarov-azpolitika-sayti-702x401

“40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyən YAP-ın təşkilat sədrinə niyə inanmadılar?

Xəbər verildiyi kimi, oktyabrın 30-da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov da daxil olmaqla, bir qrupun işi üzrə məhkəmədə elan olunmuş nəticə Tağı Əhmədov üçün böyük şok olub. Belə ki, “MTN işi” üzrə məşhur zərərçəkmişlərdən olan “Bakı Metropoliteni”nin  sabiq sədri T.Əhmədova dəyən ziyana görə ona pul ödənilməyəcəyi məlum olub. Qərara görə, T.Əhmədovun mülkü iddiası baxılmamış saxlanılıb.

Akif Çovdarovun “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı  necə alması ilə bağlı  iki fərqli ifadə vardı. T.Əhmədovun müdafiəçiləri iddia edirdilər ki, hər şey  MTN-ə 10 ədəd “Range Rover” markalı avtomobil verilməsi məsələsinə görə başlayıb. Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov təxminən 1 milyon dollara başa gələcək bu “xərc”dən imtina edib. Bu da qarşı tərəfi narazı salıb, bundan sonra T.Əhmədov və ətrafı barədə araşdırmalar başlanılıb.

Image result for tağı Əhmədov

Tağı Əhmədovun özünün, metroda işləyən qardaşı oğlu Şövqi Tağıyevin  və digər qohumu Elşən Tağıyevin (Tağı Əhmədovun qardaşı oğlanları) istifadəsində olan telefon nömrələri qanunsuz olaraq dinlənilib. Bu işdə A.Çovdarovun tapşırıqlarını MTN-in Monitorinq Xidmətinin sabiq rəisi, general-mayor Teymur Quliyev, həmin xidmətin əməkdaşları Anar Şirəliyev və Fərhad Atayev yerinə yetirib.

Dinləmələr zamanı lazımi məlumatlar əldə edildikdən sonra  idarə rəisi Rəsul Rəsulov Tağı Əhmədovla görüşüb. Ona rəhbərliyin mesajını çatdırıb. R.Rəsulov metropoliten haqda MTN-ə daxil olan şikayətlər əsasında onu həbs edəcəkləri, şəxsiyyətini zor tətbiq etməklə alçaldacaqları ilə hədələyib. Bunların baş verməməsi üçün isə T.Əhmədovun 3 milyon manat verməsini istəyib. Sabiq metropoliten rəisi bu tələbi də rədd edib.

Bundan sonra T.Əhmədovun qohumları olan Elşən və Şövqi Akif Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub, döyərək işgəncələr verilib. Onlardan T.Əhmədovun əleyhinə ifadələr almağa çalışıblar.  Nəhayət, Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.

Çovdarov isə məhkəmədə sensasion faktlar açıqlamışdı.  Məsələn, general demişdi ki, agentura  vasitəsilə metropolitendən 11 milyon manatın dövlət büdcəsindən oğurlandığını aşkarlayıblar: “Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyib, xəttə buraxıblar. Bu yolla 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. ”Azərenerji"yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. Məlum oldu ki, Tağı Əhmədovun “Sahil” metrosunun üstündəki binada 4 mənzili, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzili, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükanı, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi var. Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı hoteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib.

 

“TexnikaBank”da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb, ofşora yatırmışdı. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi".

A.Çovdarov demişdi ki,  Tağı Əhmədov ondan şikayət etmək fikrində olmayıb:  “2016-cı ildə ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda mənə lazım idi bu? Onu şantaj etdilər, oğlu Ruslan içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan da ANS-in kamerasına düşmüşdü. Tağı bu məsələyə görə məcbur olub, mənim əleyhimə yalan ifadə verdi”.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il həbs cəzası verilib. Maddi zərərçəkmişlərin bir neçəsinin mülki iddiası təmin edilib. A. Çovdarov və digərlərinin əmlakının müsadirə olunaraq zərərçəkənlərə ödənilməsinə qərar verilib. Amma göründüyü kimi, bu sırada T.Əhmədovun adı yoxdur.

Image result for “Unibank”

YAP-ın Yasamal rayon təşkilatının sədri olan T.Əhmədovun faktiki zərərçəkən kimi tanınması  barədə sensasion iddia  var. Bildirilir ki, T.Əhmədov ətrafında aparılmış əməliyyat haqda deyilənlərdə böyük həqiqət payı var. Belə ki, Çovdarovun da təsdiqlədiyi kimi, onun “Bakı Metropoliteni”nində ciddi korrupsiyaya yol verdiyi barədə məlumatlar olub və bu səbəbdən də onunla bağlı araşdırma aparılıb. Onun əmlakları ilə bağlı üzə çıxan faktlar hakimiyyətin müəyyən dairələrinin ciddi qəzəbinə səbəb olub və T.Əhmədov vəzifədən kənarlaşdırılıb. MTN də bu “işdə” öz payını alıb. T.Əhmədovun əməllərinə görə də ona 3 milyon zərərin ödənilməməsinə qərar verib.

Və sonda. T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilərək müstəntiqin ondan “siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə,  cavab vermişdi.

T.Əhmədovun dediyinə isə göründüyü kimi, heç məhkəmə heyəti də inanmayıb...(musavat.com)

635x100

Şərhlər

Cəmşid İrzaquliyev 2017-11-02 21:39:23

Bütün bu rüsvayçılıqlar demək olar ki, uzun illərdir məmur cəzasızlığının və məsuliyyətsizliyinin nəticəsidir. Onların əksəriyyəti o həddə harınladılar ki, artıq Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara belə məhəl qoymadılar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı altı aydan artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

dadaşyev 2017-11-02 21:39:23

Maşinist köməkçisi olduğu illərdə görüb ki,maaşla 3 milyon yığammayacaq,çünki qarşıdan gələn illər ağır olacaq,perestroyka-mitinqlər-zabastovkalar-gecikən maaşlar filan,sonra bespredel illərinin sonlarında devalvasiya ərəfələrində Çovdarova 3 milyonu necə verəcək,ona görə də axşamlar işdən sonra qatarla respublika şəhərlərinə şıdırğı xalturaya çıxıb,Şamaxıya qatar-qatar Quba alması,Bakı zəhmətkeşlərinə qatar-qatar,metro-metro Lənkəran xiyarı,Gəncəyə Gədəbəy kartofu daşıyıb,düzəldib birtəhər.İşləyən adamdu.

cəngərlik sakini 2017-11-02 21:39:23

70 ildir(anadan olan kimi) maaşı yığmısan inandıq.bəs nə yemisən?yəqin parkda ... də paltar lazım deyil,bunu da almamıasan,aydındır.... fağır olur oxşamırsan.sən YIRTICIsan.UCA ALLAH "SƏBA"surəsində buyurur ki,"hansə qövmə HAQQI deyən PEYĞƏMBƏR göndərdik,o qövmün varlıları onu inkar etdilər.Onlar dedilər ki,bizim var-dövlətimiz və övladlarımız digərlərindən çoxdr.Biz onlarla (yoxsullarla)eyni ola bilmərik.

G.M 2017-11-02 21:39:23

Tağı Əhmədovun əlində qalanlar nəsilinə,nəcabətinə də 100 il bəs edər..3 milyon adi bir əməliyyatın rüsum pulu da ola bilər.Akif Çovdarovun üzə çıxartdıqları xırda-xuruşdu.Ümumiyyətcə bu pulların itməsinə Tağı yox... Xalq,Büdcə ``ağlamalıdı``.

oxucu 2017-11-02 21:39:23

Bunlar xalqı nə yerinə qoyurlar.40 il maaşı yığıb ki,nə vaxtsa təcili lazım olacaq.Utanmasan oynamağa nə var ki. bu na heç savadsız bir insan da inanmaz.Bu adam ekstrasens imiş yəqin ki.Üzündən gözündən biclik yağır Tağı Əhmədovun.

zaur 2017-11-02 21:39:23

ay tağı uuy ay tağı ...

Səlim 2017-11-02 21:39:23

40 illik əmək haqqını yığıbsa bəs bu 40 ildə ərzaq və digər tələbat makllarını,əmlaklarını hansı pulla yaşayıb və əldə edub?Vallah bunlar ölkəyə ağır yükdürlər.u

Son yazılar