Türkiyədə PKK-nın 40-dan çox üzvü məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı Hakkari, Tunceli və Şırnakda əməliyyatlar həyata keçirib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyatlar nəticəsində PKK-nın 40-dan cox  üzvü məhv edilib.

Bölgədə əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, bu gün terrorçulara qarşı Hakkaridə aparılan əməliyyatların gedişində 6 əsgər və 2 gözətçi həlak olub. Şəhid ailələrinə başsağlığı verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son terrorçu yox olanadək əməliyyatların davam edəcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar