«İranın raket proqramı dünya üçün təhlükə deyil» - Rusiyalı diplomatlar

«AzPolitika.info»-nun Ruksiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyalı diplomatlar bu fikirdədirlər ki, İran İslam Respublikasının (İİR) raket proqramı bəşəriyyət üçün təhlükə deyil.

Onların sözlərinə görə, İran hipotetik olaraq, təhlükə ola bilər, amma dünyada raket texnologiyalarının inkişaf etdirilməsinə heç bir qadağa yoxdur. Diplomatlar bu barədə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində (BMT BM) bəyan ediblər.

«İran onu (raket proqramını - red.) dünya birliyinə təhlükə törətmək üçün yaratmır. İran, sadəcə, özünün raket texnologiyalarını inkişaf etdirir. Hipotetik olaraq, bəli - təhlükə ola bilər, obrazlı desək, insanın cibindəki xırdaca bir tapança təhlükəli olduğu qədər» - deyə, nümayəndə heyətinin tərkibində olan mənbə jurnalistlərə bildirib.

Bu zaman mənbə əlavə edib ki, «təbiətdə raket texnologiyalarının inkişaf etdirilməsinə heç bir qadağa yoxdur və olmayacaq da...»

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar