İSTANBULDA "LOTU QULİ"YƏ SUİ-QƏSD CƏHDİ! - Lənkəranskinin qardaşı və 11 killer saxlanıldı! +FOTOLAR

Həbsdən buraxıldıqdan sonra İstanbulda mənzillənən məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün gedən killerlər qrupunun bəzi üzvlərinin, o cümlədən “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin Azərbaycana deportasiyası gözlənilir. Bu barədə virtualaz.org-a İstanbuldakı mənbələr bildiriblər.

Namiq Canıyev də daxil olmaqla sui-qəsd planı hazırlayan qrupun üzvləri ötən axşam İstanbulun Baxçalıevlər məhəlləsindəki “Ömür” tiarət mərkəzinin restoranında keçirilən xüsusi əməliyyatda saxlanılıb. Əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Saxlanılanların üzərindən tapançalarla yanaşı döyüş qumbaraları da aşkar edilib. Mənbələrimiz bildirir ki, söhbət  adi sui-qəsd əməliyyatından deyil, “Lotu Quli”nin mənzilləndiyi malikanəyə silahlı hücumdan və əsl döyüş əməliyyatı planından gedir.Həmin qrup malikanəyə basqın edərək kriminal avtoriteti və ətrafındakıları öldürməyə hazırlaşırdı. İstisna deyil ki, tutulanlar həmin planda iştirak etməli olan qrupun üzvlərinin ancaq bir qismidir.

****

Bir neçə saat öncə İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Xatırladaq ki, Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı.

Azad edildikdən dərhal sonra N.Səlifov Azərbaycanın kriminal cımiyyətinin başçısına çevrilib, bundan əlavə, onu postsovet məkanının kriminal aləminin alternativsiz lideri kimi tanıyıblar.

Virtualaz.org-a İstanbuldakı mənbələrin verdiyi məlumata əsasən, dünən, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Saxlanılanların fotoşəkillərini diqqətinizə çatdırırıq:

[caption id="attachment_367126" align="alignnone" width="587"]

Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev[/caption]

[caption id="attachment_367127" align="alignnone" width="587"]

Məşhur killer Hacı Beyləqanski[/caption]

635x100

Şərhlər

Eliyar 2017-11-03 17:00:10

Lotu menem 300 manatla aile saxliyiram heckimede mohtac deyilem

maksimus 2017-11-03 17:00:10

lotu və vorları elə rüklam edirlər ki,elə bil azərbaycan insanının bütün dərdi həmin şəxslərlədir.Yaxşı olar ki,həmin lotuları himayə edən vəzifəli lotulardan yazsınlar.

ilqar 2017-11-03 17:00:10

qilinin etdiklerini ne tez unutdunuz ....

ser 2017-11-03 17:00:10

bu ki polkovnikdir

Koroğlu 2017-11-03 17:00:10

Gözümüz-başımız ağrıdı bunlardan. Hər bir insan cinayətdən uzaq olmalıdır. Cinayət aləmi elə təbliğ edilir ki, bunlara baxan uşaqlar da pozulub cinayətkar olmaq istəyəcək. Axı bu lotu qulu kimdir, nə istəyir, niyə sakit yaşamaq istəmir. Odur cəmiyyətdə özünü apara bilmədi türmədən qaçdı və qanun keşikçiləri də vurub öldürdü. Bədbəxt oxuyan qız zibilə düşdü. Budur cinayətkarın axırı. Bunumu istəyirsiniz. Di ağlınızı başınıza yığın sakit yaşayın, cinayət etməyin.

ilqar 2017-11-03 17:00:10

G M SIZIN SEHRLERI HEMISE OXUYURAM SIZ COX SAVATLI BIRISINIZ INANIN ALLAH SIZIN KOMEKCINIZ OLMAQA BELE DEYER COX DUZGUN ANALIZDER EDIRSINIZ

G.M 2017-11-03 17:00:10

)))İnsafınız olsun imkan verin ``bratuvaların`` gözlərinin yaşı qurusun.Azərbaycanı lotusuz qoymuyun.İndi cəmi problemlərimizi unudub ``Lotularımızın`` hayına qalmışıq.Göyərti satanlarımız da dilə gəliblər.Bazarlarda ``yer pulu`` yığdıran lotularımızı qırıb -çatmayın.Bəşəri dəyərlərdən uzaq düşən jurnalistlərimizin,ərsiz müğənnilərimizin ``çörək ağaclarına`` qıymayın!!!!!!!!!!!Baxın bizi nə hala salıblar.Günümüzün reallığı necə də eybəcərləşdirilib.

vəkil 2017-11-03 17:00:10

bu lotu-potu lari az reklam edin indi agilsiz adamlar çoxdur onlari şirinikləndirirsiniz bəlkə də təhrik edirsiniz bu yola ; duzdur alimdən molladan yazanda onu oxumurlar ancaq bu qədər də yox daaa...

cəngərlik sakini 2017-11-03 17:00:10

qulinin təhlükəsizliyi deyəsən Türkiyəyə yuxarı səviyyədən tapşırılıb.bu cibgir "kiminsə" "biznes"ini idarə edəcək.belə görünür.Saakaşvili lazımdı bunlara.hamsını sındırıb ... gününə qoysun.Belə də omalıdır,konistitutsiya qanunları işləməyəndə oğru-bandit-cibgir qanunları işləyəcək.məsələn RÜŞVƏT alan yol poisi əməkdaşı işə qaytarıldı,500.000-1000000-luq deputat gülər əhmədova çöldə ,700 bal toplayan tələbə səngərdə(şəhid),dəmiryolunda bir "udara"100 mln dollar otkat,4 mln dollara 50m körpü və.s.

pensioner 2017-11-03 17:00:10

Başqa xəbərlər yoxdur,"lotu"ları,"vor"ları yığışdırın da.Bəlkə reytinq xatirinə damara iynənin necə vurulduğunu da rəngli şəkillərlə göstərəsiniz.

Kend iti 2017-11-03 17:00:10

Kend de it angag oz sakinlerine hurer , muejjen mesafeden sonra yoldan kehsenlerden ozu bele gorxar. Reklam etdiyiniz bu lotu , vor ., aftoritetler jalniz azerbajan esilli adamlara hururler .

Son yazılar