"QOCA" NİYƏ BAKIYA QAYITMAQ İSTƏYİRMİŞ? - Sensasion iddialar

Oktyabrın 23-də Astaradan Bakıya gələn qatardan qaçmış kriminal avtoritet, “Qoca”ləqəbi ilə tanınan Etibar Məmmədov noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat nəticəsində öldürülüb. Güzdəkdə keçirilən əməliyyatda “Qoca” ilə bərabər onu Hacıqabulda evindən gizlətmiş İlqar Əzimov da zərərsizləşdirilib. Rəsmi məlumatda onların xəstəxanaya aparılarkən yolda öldükləri bildirilir.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Anar Əsgərovdur. Digər yaralı isə 1993-cü il təvəllüdlü Şahmar Bəyəlizadədir. Ş.Bəyəlizadənin yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Əməliyyat zamanı Anar Əsgərov sol qolun bazu nahiyəsindən güllə yarası alıb və qolu sınıb. Yaralılar 1  saylı Klinik Tibbi Mərkəzə gətirilib. Şahmar Bəyəlizadənin yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib. Əməliyyat olunan Anar Əsgərov isə xüsusi nəzarət altında saxlanılır ki, onun Ədliyyə Nazirliyinin  dustaqlar üçün nəzərdə tutulmuş müəssisələrdən birinə köçürüləcəyi gözlənilir.

Poyluda izini itirən məhbus meşədən necə çıxıb? 

Image result for Poylu

“Qoca” xüsusi əməliyyat nəticəsində Bakı yaxınlığında öldürülsə də, onunla bağlı bəzi suallar qalmaqdadır. Məlumdur ki,  “Qoca” qatardan qaçdıqdan sonra Ağstafaya gedib. O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla Gürcüstana qaçmaq istəyib. Bu məqsədlə “Qoca” Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları onun gizləndiyi  maşını saxlayıb. Həbs edilən taksi sürücüsü  Məhəmməd Hacıyev  deyib ki, “Qoca” bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçməyə cəhd edib.

Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: “Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı”.

Bildirilirdi ki, “Qoca” maşından düşərək meşəlik əraziyə qaçaraq izini itirib. Sərhədi keçə bilməyən kriminal avtoritetin bundan sonra başına nə gəldiyi bilinmir, amma onun hansı yollarla meşədən çıxa bildiyi və paytaxt istiqamətinə necə (və niyə sualına sonra qayıdacağıq) qayıtdığı da sual doğurur.

Ya qatar, ya avtomobil yolu...

Ağstafadan Bakı şəhərinə olan məsafə 450 km-dir. Ağstafadan son gizləndiyi Hacıqabula gəlmək üçün isə iki yol var: dəmiryolu, avtomobil yolu. Bir ehtimala görə, onu Ağstafadan Hacıqabula məhz sözügedən yük maşınında  gətiriblər. Hacıqabuladək olan təxminən 350 km yolu necə gəlməsi və postları necə keçməsi hüquq-mühafizə orqanlarının işidir. Mümkündür ki, “Qoca” qatarla da  gəlsin, çünki ora gizlənmək üçün (elə qaçmaq üçün də) əlverişlidir.

Image result for Hacıqabul

Amma rəsmi məlumatda deyilir ki, əməliyyatda öldürülən İlqar Əzimov “Qoca”nı Hacıqabulda evində gizlədibmiş. “Qoca”nın evdə neçə gün və ya neçə saat gizlənməsi barədə rəsmi məlumat yoxdur. Rəsmi məlumatda bildirilir ki, onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə əməliyyat məlumatı olub.

Amma o sual da açıq qalır ki, əməliyyat niyə onların olduğu evdə yox, Bakı yaxınlığında  gerçəkləşib. Rəsmi məlumatdan sitat: “Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürmüş və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanmış və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər”.

Image result for Qoca Əməliyyat

Göründüyü kimi, sərhəddən keçə bilməyən “Qoca” nədənsə, Hacıqabuldan  başqa istiqamətə  deyil, daha riskli olan Bakı ətrafına qayıtmaq istəyirmiş. Ehtimal etmək olar ki, “Qoca” və yanındakılar izləndiklərini bilməyiblər, ya da gec duyuq düşüblər.

Ümumiyyətlə, “Qoca”nın silahlanaraq  Bakıya niyə qayıtmaq istəməsi də maraqlı mövzudur. “Qoca” Bakıya  kiminləsə yarımçıq qalmış haqq-hesab çəkməyə də gələ bilərdi.

Daha bir iddiası budur ki, “Qoca” sağ ələ keçməmək üçün özünü vurub. Rəsmi məlumatda bildirilir ki, avtomobilə baxış zamanı iki ədəd “Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülüb.

“Maloletkadan” “Qoca” ya çevrilən ömür...

Image result for Qoca

Kriminal aləmdə “Qoca”, “Etibar Hacıqabullu”, “Brodyaqa Etibar” ayamaları ilə məşhurlaşmış 37 yaşlı E.Məmmədov   uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb.

Yetkinlik yaşına çatmamışların cəza çəkdiyi müəssisədə E.Məmmədov “maloletka”da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib.

Image result for Qoca

“Etibar Hacıqabullu” azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal “razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. “Qoca”nın bir neçə gün əvvəl həbsdən azad edilmiş  “Lotu Quli” kimi tanınan “qanuni oğru”  Nadir Səlifova yaxın olduğu deyilirdi.

Image result for Qoca

O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal “razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Hazırda bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılır və prokuror Etibar Məmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

E.Məmmədovla birgə qaçan Əli Ağamiyə qarşı isə istintaq orqanı tərəfindən yeni ittiham irəli sürülüb. Ona qarşı daha bir maddə üzrə Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) maddəsi ilə cinayət işi açılıb. “Qoca” ilə bağlı isə cinayət işinə xitam veriləcək. Onun cəsədinin yalnız bir neçə gündən sonra ailəsinə təhvil veriləcəyi də gələn xəbərlər sırasındadır(musavat.com).

635x100

Şərhlər

XUDAVERDİYEV ƏLYAR XALIQ oğlu 2017-11-03 15:43:23

ziya

dadaweve 2017-11-03 15:43:23

By belali iyriminci esrde Allahin sene ve fedaye muellimeye rehmi gelsin,size cox gormesin onun esrarengiz sesini,seninde esrarengiz aglini.

dadaşyev 2017-11-03 15:43:23

Mən bütün musiqi əhlini Fədayə xanımı dəstəkləməyə çağırıram.Sığallanıb tumarlanıb başa tük-mük əkdirməklə olmur adamlıq.Bir əsl sənətkar büdrəyib,həm də xanım sənətkar büdrəyib,heç olmasa mənəvi dəstək verin ona.Bütün başqa sənət sahiblərindən öncə sizlərin,musiqi dünyasından olanların dəstəyinə ehtiyacı var onun.Başınıza,qoltuğunuza-filana tük əkdirməyə vaxt tapırsınız,bircə dəqiqə adam olmağa vaxtınız olmurmu?Nətər adamlarsınız siz?

G.M 2017-11-03 15:43:23

Qoca Bakıya qayıdırdı ki,bəlkə sağ qalsın..Ancaq unudurdu ki,onun sağ qalması sərf etsəydi,elə Zindanda saxlayardılar də.Onsuz da geci-tezi bu yol tupikə dirənir.Dar düşüncələrdə aşıb-daşan ``oğuru`` şan şöhrəti Sabun köpüyü kimi bir şeydir.Bir müddət şölə saçır və bir anın içində partlıyıb ,dağılır.Çünki,məntiqi heçdən ibarətdir və sonu da heçdir.bir vardı,biri yoxdu...

dadaşyev 2017-11-03 15:43:23

İndi deyəcəklər bu yoldaş dadaşyev Fədayə xanımın tərəfindədi,əcəba niyə?Bəli,tərəfindəyəm və Sibirə getsə də ardınca gedərəm.Sevgisinə sadiq qadına bu bəlalı iyirminci əsrdə can qurban.Heç bilməz dadaşyevəm,sultan kimi yaşayar Sibirdə də.Amma Allaha and olsun bir tikə çörək kəsməmişəm o xanımla.Sadəcə əsrarəngiz səsinin sehrinə salıb məni.Bu səs nadir səslərdəndir,onu qorumaq lazımdır.Mənə qəribə gələn odur ki,onunla tonlarla çörək kəsən manıslar niyə susurlar?Adam kişi olar Nadir Qafarzadə kimi.

Cəmşid İrzaquliyev 2017-11-03 15:43:23

Bu rüşvətdən doğan və buna məsul olan qurumun bu hadisədən dolayı dövləti küçük düşürməsi deməkdir. Zaman-zaman mətbuatda bu və ya digər zindan olayları ictimailəşib, lakin buna məsul qurum, özünü ondan qoymayıb. Sonu da bu.Bu demək olar ki, uzun illərdir məmur cəzasızlığının və məsuliyyətsizliyinin nəticəsidir. Onların əksəriyyəti o həddə harınladılar ki, artıq Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara belə məhəl qoymadılar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı altı aydan artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

dadaşyev 2017-11-03 15:43:23

davamı;Və Ələt-Bakı yolunda olmaq mütləq Bakıya gəlmək istədiyini göstərməz.Hərlənib Quba yoluna da çıxa bilər.Və ya Şamaxı yoluna çıxıb Oğuz-Zakatala tərəflərə gedər ki,dağlar vasitəsiylə Dağıstana keçsin.İndinin özündə də xüsusilə Oğuz sakinləri istədikləri zaman atla uca dağları aşıb Dağıstana keçib qayıdırlar.Heç bir problemi-filanı yoxdur.

dadaşyev 2017-11-03 15:43:23

"---Bəlkə Qəmərli gecəynən Bakıya qayıtmaq istəyib? ---Gecə Bakıya qatar yoxdu".A balam,nəzərə almaq lazımdır ki,bu adamlar ağılsız olmurlar.Gürcüstan sərhədi tərəfdə qaçan adam təbii ki,oralardan sərhədi keçmək istəyəcəkdi,demək əsgər oranı göz bəbəyi kimi qoruyacaqdı.Və avtoritetin də bunu dərk edəcəyini bildiyindən polis onun oradan keçməyə risq etməyəcəyini düşünəcəkdi.Məhz bu "dvoynoye podozrenie" deyilən məntiqlə Qoca məhz oradan sərhədi keçmək istəyəcəkdi,buna görə bir neçə cəhd edib,alınmayıb.

Son yazılar