İran-Türkiyə sərhədində atışma olub - Ölənlər var

İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub.APA-nın Tehran bürosunun məlumatına görə, sərhədçilərlə terrorçular arasında atışma İran- Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib.

Rəsmi məlumata görə, atışma zamanı terrorçular ağır itki verib. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

Qeyd edək ki, aprel ayında İran-Pakistan sərhədində hərbçilər və terrorçular arasında baş verən atışmada 10 iranlı sərhədçi həlak olub

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar