«ASİİ-n sammitində Putinlə görüşməyim çox vacibdir» - Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Asiya-Sakit okean İqtisadi İttifaqının (ASİİ) Vyetnamda keçiriləcək növbəti sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi çox vacibdir.

ABŞ Prezidentinin sözlərinə görə, Rusiya Koreya Xalq Demokratik Respublikası (KXDR) və Suriya məsələlərində ABŞ-a köməklik göstərə bilər.

«Foks nyus»-a verdiyi müsahibədə Tramp həm də özünün Rusiya ilə gizli əlaqədə olması barədə aparılan araşdırmaları ölkəsi üçün utanc adlandırıb.

Ümumiyyətlə, hələ bu ərəfədə Ağ Evdə belə bir suala cavab verə bilməmişdilər: ABŞ və Rusiya Prezidentlərinin görüşü baş tutacaqmı?

ABŞ Prezidenti bu gün özünün Asiya turnesinə başlayıb. Onun ilk «dayanacağı» Havay adaları olmalıdır. Tramp burada noyabrın ortalarına qədər qalacaq və ABŞ-ın Sakit okean komandanlığı ilə iclas keçirəcək. Ardınca o, Yaponiyaya yollanacaq. Burada danışıqların vacib mövzusu KXDR ətrafındakı gərgin vəziyyət olacaq. Burada ABŞ Prezidentinin səfəri əyləncələrlə «bəzənəcək» - məsələn, ABŞ lideri Yaponiyanın Baş naziri Sindzo Abe ilə qolf oynamağı planlaşdırır.

Sonra, Tramp Cənubi Koreyada və Çində olacaq - burada da Pxenyan mövzusundan yan keçilməyəcək.

Noyabrvn 10-da Vyetnamın Danange şəhərində Prezident Asiya-Sakit okean İqtisadi İttifaqının sammitinə qatılacaq.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də buraya uçacaq. Amma hələlik, Vaşinqton bunca vacib və mümkün görüş barədə rəsmi açıqlama verməyib.

Trampın turnesi Filippində başa çatacaq. Asiya turnesi onun ABŞ Prezidenti qismində ikinci xarici səfəri olacaq.

635x100

Şərhlər

Veysal 2017-11-04 01:12:08

Yox yox esla ele o samitde o putini hebs edib dünya tiribunalna vermek lazlmdl o reketdir ona göre sanksya rusyaya tesir etmir icide azerbaycan qarşlq bezi devletleri hedeleyib pul qopardlr

Son yazılar