ELDAR MAHMUDOV İSTİNTAQDAN ÇIXARKƏN GÖRÜNTÜLƏNDİ! - FOTOLAR

Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə bağlı məlumatlar yayılmışdı.

Musavat.com saytı sabiq MTN rəhbərinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxarkən çəkilmiş fotolarını əldə edib.

Həmin eksklüziv fotoları oxucuların diqqətinə çatdırırıq:

***

eldar-main

Dünən köməkçisi və əmisi oğlu Vüqar Mahmudov həbs edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hazırda Pespublika Prokurorluğundadır!

"AzPolitika"nın məlumatına görə, bu barədə "Haqqın.az" saytı prokurorluğun mətbuat xidmətinə istinadla məlumat verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Belə ki, V.Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Sultanov açıqlamasında həmçinin qeyd edib ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da qeyd edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

E.Mahmudov, vəzifədən çıxarıldıqdan sonra ilk dəfədir ifadə vermək üçün istintaqa çağırılır. Hər halda 2 ildən artıq müddət ərzində onun istintaqa ifadə verdiyi haqda heç bir məlumat olmayıb. Artıq məhkəmələri yekunlaşan keçmiş MTN zabitlərinin cinayət işlərində də onun ifadələrinə rast gəlinməyib.

2 ildən sonra E.Mahmudovun demək olar bütün cinayət işlərində adı keçən əmisi oğlu və köməkçisinin həbsindən sonra özünün istintaqa çağırılması düşündürücü hadisədir və sabiq nazirlə bağlı yeni siyasi qərarın mövcudluğundan xəbər verir. Sabiq nazirin həbs olunacağı ehtimalı çox real görünür.  

635x100

Şərhlər

Yaqub 2017-11-06 19:21:20

Men gumrah qardaşla razlyam o eclaf ruslat bizim bezi şexisyetsizleri pulla alıplar odurki olar ermenidende bederdiler hetda vezifede uzun müdtet oturanıda var

Kumrah 2017-11-06 19:21:20

Ay eldar mahmudovdan ifade alan oglan senide ele onun gününe salacaqlar odurki neceki keg deyil clx hamnlzl o an gözleyir odurki hamnlz rus keşfiyatlnln qurdugu torun icindesiz

EMİN CAVADOV 2017-11-06 19:21:20

GM VƏ MG YA YAXUD BİR NECƏ DƏFƏ DƏ TƏRSİNƏ. MƏNİM ADİM EMİN CAVADOVDU. SUVƏLANLİYAM VƏ HEC SƏNİN KİMİDƏ G HƏRFİNƏ HORMƏTİN DƏ YOXDU. TELEFONUMDA 051 652 3630. SADƏCƏ SƏNİN KİMİLƏRİDİR Kİ .... EDİB ADİNİ G QOYUB AĞLİNA GƏLƏNİ YAZİR. GƏL SUVALANA NE VAXT DEYİRSƏ AZPOLİTİKASİZ POLEMİKAYA GİREK. BU SAYTİN DƏYƏRLƏRİNİ KORLAMA.

eli 2017-11-06 19:21:20

G M eldar mahmudov seni elekden kecirirb deyesen yanixli qalmisan onnan

ilqar 2017-11-06 19:21:20

G.M hele zelil olmayiblar sadece goruntudu

Fuad 2017-11-06 19:21:20

Halaldı ay azpolitika 2 ildə eldar mahmudovu gündəmdə saxladın.indi isə cürətin çatır hakimiyyətdə olan rüşvətxor məmumurlardan yaz.Əgər sifarişlə yazmırsansa.

Bashirov Qarib 2017-11-06 19:21:20

Boyuk ehtimalla, həbs olunan qardaşı oğluna görə uzurxahliq etmək uçun çağırıblar.

G.M 2017-11-06 19:21:20

Mahmudovsayağı məmurlar haqqında həqiqəti yazanda,..görürsənki,adsız ,ünvansız,vicdan məsələsi şübhəlilər ortaya çıxır.Haqsızlığı müdafiənin arxasında,tək allanmaq deyil,həm də yallanmaq dayanır.Bax ikincilər oturub AZ.Politikada mənim yazılarımı oxuyub əsəbləşir..hətta mənə olan qəzəblərini Az.Politikanın ünvanına yönəldirlər.Bu adi haldır.Azərbaycanda təsadüfən maliyə mənbələri ələ keçirdmişlər və onların ƏLƏBAXANLARI zəlil olmaqdadırlar.

QAQAS 2017-11-06 19:21:20

QAQA CANİ BAS-BOS SEYLƏRDİ FİKİR VERMƏYİN.

Sabuna 2017-11-06 19:21:20

Adını gizlədən, sabuna. Qanını və şərəfini paraya satan ......., sən və ağbabalarındı.

C.İrzaquluya 2017-11-06 19:21:20

Bu hər xəbərə eyni-popuqay şərhinə bənzədi. Tez-tez öncədən həbs ehtimalı isə, elə bil "kimlərəsə subyektdən yüksək (məbləğdə) gözləntiləri var", şübhəsi sızdırır.

Cəmşid İrzaquliyev 2017-11-06 19:21:20

Bütün bunlar illərdir məmur cəzasızlığının nəticəsidir Kimi para çalır. Kimi danışığı ilə dövləti küçük düşürür. Kimlərii də krimnal ünsürlərə çevirilib. əksəriyyət məmurlar o həddə harınladılar ki, Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara belə məhəl qoymadılar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı altı aydan artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

Son yazılar