Türkiyə və Almaniya XİN rəhbərləri görüşüb

AFR-ın xarici işlər naziri Ziqmar Qabriyel Antalyada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə 4 noyabrda Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Biz ikitərəfli münasibətləri, o cümlədən mürəkkəb mövzuları, həmçinin hər iki tərəfin gözləntilərini müzakirə etmək üçün qeyri-formal şəraitdə görüşdük", - deyə xəbərdə Qabriyelin sözləri sitat gətirilib.

Xatırladaq ki, İstanbulda istintaq təcridxanasında olan hüquq müdafiəçisi Piter Ştoydtner ötən həftədə buraxılmışdı. Sonra məlum oldu ki, bu məsələdə vasitəçi kimi AFR-in sabiq kansleri Herxard Şröder çıxış edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar