Kataloniyanın sabiq rəhbəri Belçika prokurorluğu ilə əməkdaşlıq etmək niyyətindədir

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Madridin onun həbsinə dair verdiyi beynəlxalq orderlə əlaqədar Belçika prokurorluğu ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə K.Puçdemon “Twitter” hesabında bildirib.

Qeyd edək ki, İspaniyanın Milli Məhkəmə Palatası Brüsseldə olan K.Puçdemon və Kataloniya hökumətinin 4 üzvünün həbsinə dair beynəlxalq order vermək qərarına gəlib.

Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar