AMERİKA NƏ VAXT “ÇÖKƏCƏK”? – Arzu, yoxsa gerçək?

Amerikanın çökəcəyini təkzibolunmaz bir həqiqət kimi irəli sürənlər var. Əsas məsələ isə, onun dəqiq nə zaman baş verəcəyidir. Amma əslində bunlar real vəziyyətdən uzaq olan arzuların, illüziyaların və öncəgörmələrin qarışığından ibarət fikirlərdir.

Hətta terror təşkilatlarının rəhbərləri də, bu öncəgörmələrə inanırlar və onlar elə hesab edirlər ki, çoxlu sayda terror aktlarının həyata keçirilməsi ABŞ-ın məhvinə xidmət edir.

Nə vaxt ki, Tramp öz gəmisini okeanın ortasında batıran düşüncəsiz bir kapitan kimi Ağ Evə gəldi, onda bu öncəgörmələrin versiyaları da artdı. Amma Amerikanın çöküşü barəsində təmsillər daima təkrar edilən əfsanələrdəndir və bunların keçmiş tarixinə diqqət yetirilməsi vacibdir.

İndi deyirlər ki, görəsən Çin neçənci ildə ABŞ-ı ötüb keçəcək və özünü nə vaxt dünyanın ən böyük dövləti elan edəcək. İş ondadır ki, bu, Avropada və Amerikada böyük sayda jurnalistlər və yazıçılar tərəfindən verilən çox populyar sualdır. Onlar bildirirlər ki, Çin və ABŞ arasındakı rəqabət praktik baxımıdan bitib və onun tamamilə yekunlaşması, sadəcə zaman məsələsidir.

Bü cür düşünənlər içərisində nəhəng Amerikanın çöküşünün nə zaman baş vermə tarixini müəyyənləşdirənlər də var. Onlar hesab edirlər ki, bu 2020-ci ildə və ya 2026-cı ildə olacaq. Bəzi analitiklər iddia edirlər ki, ABŞ-ın çöküşü faktiki olaraq 2004-cü ildə baş verib.

Jurnalist və yazıçı Cozef Qoff belə proqnozlara cavab verilən “Amerikanın çöküşü barəsində əfsanə” adlı kitab da nəşr etdirib.

Qoffun kitabının məqsədi ABŞ-ın mümkün çöküşü barəsindəki populyar kitabların, elmi-tədqiqat institutlarının və araşdırmaların dayandığı xəyal məhsullarının artan dalğası fonunda, bu fikirləri təkzib edən arqumentlər ortaya qoymaqdır. Əvvəllər belə tendensiya Sovet İttifaqı ilə də baş vermişdi. Sovet İttifaqı 1957-ci il də “Sputnik-1” peykini orbitə buraxanda ABŞ daxilində çaxnaşma yaranmışdı. Həmin dövrdə Amerikanın yaxın çöküşü barəsində geniş söz-söhbətlər yayılmışdı.

Sovet iqtisadiyyatının Amerikan iqtisadiyyatını gözləndiyindən də sürətlə ötüb keçəcəyi və Amerikanın Rusiya raket güclərinin böyüməsi qarşısında rüsvayçı məğlubiyyət elan edəcəyi haqqında proqnoz verənlər vardı. Amerikanın Sovet İttifaqına məğlub olacağı barəsindəki düşüncələr bir əfsanə kimi tarixə qovuşdu. Sovet İttifaqı dağıldı, Birləşmiş Ştatlar isə dünyada tam hökmranlıq edən dövlətə çevrildi.

Sovet İttifaqı vahid dünya hegemonu ola bilməyəndən sonra, ABŞ-ın çöküşü barəsində ehtimallar yenidən geriyə qayıtdı - bu dəfə SSRİ-nin yerini tutacaq ölkə kimi Yaponiyanın adını çəkirdilər. Elə görünürdü ki, Yaponiya iqtisadiyyatı inkişaf edir və onu heç bir şey dağıda bilməz. Bu Amerikanın məğlubiyyəti və onun çöküşünün qaçılmaz olması barəsində illüziyaya gətirib çıxardı.

Vaxtilə Yaponiyanın dünyanın ən böyük dövlət olması və ABŞ-ın onunla rəqabətdə məğlubiyyətə uğrayacağı barəsində kitab nəşr etdirən müəlliflər də olub. Yaponiyanın mədəniyyətinə, siyasi və iqtisadi sisteminə çox yüksək dəyər verilirdi. Arqument kimi söyləyirdilər ki, yaponlar durmadan işləyirlər, onlar üçün iqtisadiyyat puldur və buna görə də, vaxtlarını amerikanlar kimi boş yerə sərf etmirlər. Yaponiyanın bürokratik sistemi daha ahəngdardır və iqtisadiyyatı yaxşı vəziyyətdədir. Onlardakı siyasi proseslər konsensusa əsaslanır və ideoloji qütbləşməyə meylli deyil.

Yaponiyanın “Nikkei” fond bazarının 1989-cu ildəki indeksləri yüksələrək, 39 min nöqtəsinə çatmışdı, lakin bu nöqtədən sonra həmin indeks göstəriciləri sürətlə aşağıya düşdü. Sonra onlar böyümənin dayandığını elan etdilər və beləliklə də Yaponiya iqtisadiyyatında eniş başladı.

Dünyada hökmran olacaq nəhəng Yaponiyanın ABŞ-ı nokauta salacağı barəsində danışılan hekayələr artıq çoxdandır ki, unudulub.

İndi oxşar tarix Çinin timsalında baş verir. Proqnozlar və düzgün olmayan öncəgörmələr yenidən təkrarlanır. Kitabların birində yazılır ki, Çin amerikan təsəvvürlərini özünün böyük ölçüləri ilə qorxudur. Amerikanlar böyük şeylərə heyran qalırlar. Böyük hamburqerlərdən tutmuş, böyük maşınlara və dəbdəbəli ticarət mərkəzlərinə kimi hər şeyə heyran qalırlar.

Nəhəng Çin amerikalıların bu zəifliklərindən və məşğuliyyətindən istifadə edərək onların ağıllarına təsir edib. Amma qorxuducu Çin möhtəşəmliyi özündə çoxlu sayda ciddi çatışmazlıqlar gizlədir.

Birincisi - Çinin böyüməsi həmişə eyni bir tempdə gedə bilməz. O ləngiyəcək və bu son illər həqiqətən də baş verir. Həm də ki, inkişaf etməkdə olan ölkələrin sürətli böyüməsinin heç zaman dayanmayacağı və ya onun gələcəkdə zəyifləməyəcəyi düşüncəsində yanılmamağımız mühümdür.

İkincisi - Çin ABŞ kimi texnoloji ixtiralar bazarı yarada bilməz. ”Google” və “Apple” kimi yüksək texnoloji şirkətlər Pekində deyil, Kaliforniyadakı Silikon vadisində yerləşir.

Üçüncüsü - Demoqrafik dəyişiklik çinlilərin xeyrinə olmayacaq. Belə ki, 2035-ci ilədək Çin sakinlərinin əksəriyyətinin yaşı 65-i ötəcək.

Dördüncüsü - ABŞ özünə çoxlu sayda mühacirlər cəlb edir, elə o cümlədən orada yaşamaq istəyən çinliləri də daxil olmaqla. Bu o deməkdir ki, gənc, enerjili və yaradıcı ideyalar daşıyan insanların böyük əksəriyyəti Amerikada olacaqlar.

Beşincisi - Amerikan təhsilinin səviyyəsi Çindəki təhsilin səviyyəsini dəfələrlə üstələyir. Dünyanın ən nüfuzlu 20 universitetindən 17-si Amerikan universitetidir. Çinlilər öz övladlarını ABŞ-ın ən yaxşı universitetlərinə göndərirlər, texnika və elm sahəsi üzrə doktor dərəcəsi əldə edənlərin 92%-i orada beş il yaşayır.

Altıncısı - ABŞ-ın hərbi gücü Çinin hərbi gücü ilə müqayisəyə gəlməz dərəcədə böyükdür. Hal-hazırda ABŞ öz silahlı qüvvələrinə ildə 600 milyard dollar xərcləyir, Çin isə bu sahəyə ildə cəmi 146 milyard dollar sərf edir.

Bütün bunların hamısı Çinin ABŞ-ı ötüb keçməsinin real olmamasından xəbər verir. Amma bu barədə danışılanlar sadəcə hər il təkrarlanan, dəbdə olan sözlərdir. Sovet İttifaqı və Yaponiyadan sonra Çin məsələsinin ortaya gəlməsi Trampla bağlıdır və ona görə də, özünü heç nə ilə doğrultmayan köhnə əfsanə yenidən işıq üzünə çıxıb. Lakin illüziya bəzən həqiqətdən güclü olur və bir çox insanlar həmin söhbəti istər-istəməz təkrar edirlər: Amerikanın çökəcəyi gün nə vaxt olacaq?

(“Al-Arabiya” - BƏƏ)

635x100

Şərhlər

Vüqar 2017-11-08 14:46:49

Ay bu başlıq yazan müellif dünyanın sahibi göze görünmez qurban oldugum allahdır kimin ne vaxt mehf olacagnı yalnız o qurban oldugum bilir birdeki men bizim palitolaklara demek isteyiremki boş boş danışmayın siz allah qarşısında hecnesiz odurki xalqa nagıl danışmayın vaxt gelende allah insanlara ruh yükselişi verib istenilen işleri hell edecek

G.M 2017-11-08 14:46:49

Amerika heç vaxt çökməyəcək.O ölkələr çökəcək ki,Orada Şah qanunundur.Qanunun Şah olduğu ölkələr Beyin mərkəzləridir.Ancaq islahatlar gözləniləndir.

Quliyev Elxan Sarıo. 2017-11-08 14:46:49

Əslində söhbət hansı dövlətin çökməsindən yox,hansı dövlətin iqtisadi inkişafda daha üstün olacağıdan getməlidir. Ulular insan mühitində "çörək açan qapını heç bir top-tüfənk aça bilməyib" fikrini irəli sürüblər.Elmə əsaslanan iqtisadi inkişaf hansı olkədə olacaqsa həmin ölkə öndə olacaq. İnsanın yaşaması üçün isə sağlam ekoloji mühit vacibdir.Mənə belə gəlirki əgər AFR-lə tükəməz təbii sərvət sahibi Rusiya Federasiyası dil tapıb əlbir işləyə bilsələr RF daha güclü ola bilər.

Bəhram Qarabağlı 2017-11-08 14:46:49

Liderin dünyagörüşü və idarə qabiliyyəti önəmlidir. Üstün(hərbi) və yarımçıq (dini) bilgilər hüququ pozur. Təsərüffat hesabını bilməyən məmur cəmiyyəti geri çəkir. Müqayisə (Çin-ABŞ) rəqabəti də təxribata bənzəyir. ABŞ və Avropanın çoxsaylı texniki sifarişini Çin icra edir. ABŞın çöküşü dünyanın iqtisadi məhvidir. Şərəfli Azərbaycan elitası hər il dünyaya öz büdcəsi qədər kapital ötürür. Kreml(Putin) və Vaşinqton(Tramp) da hədsiz hərbi xərcləri cəmiyyətin rifahına yönəldə bilərlər.

Bum-Bumla G.M-ə. 2017-11-08 14:46:49

Dünya bizim sərvətdən daha səmərəli istifadə edir. Əsaslı islahatları bənzəmək xəyalları və hətta hasarlar əvəz etməkdədir. Rəqibə sazlanmış Qarabağ hüququ və islahatlar sanki öz vətəndaşını görmək belə istəmir? 14.06.1988 və 20.01.1990 tarixindən bu günə Azərbaycan nəyin müstəqil həllinə nail olub? Əslində, 25 ildə buna xalqı öz əzmindən azdıran popşüarlar mane olub.

Son yazılar