Bakıda qız atasını baltaladı
Baxiş sayı:
Dərc olunub:
05/11/2017 - 12:54
Paytaxtda qız atasını baltalayıb.APA-nın xəbərinə görə, insident Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.