“Qoca”nın nömrəsini Fədayəyə həyat yoldaşı verib - İnanılmaz faktlar + FOTOLAR

Ötən gün cənazəsi ailəsinə təhvil verilən "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun nəşi torpağa tapşırılıb.

"AzPolitika.info" xəbər verir ki, "Qafqazinfo” mərhumun həyatı ilə bağlı maraqlı məlumatlar əldə edib.

Məlum olub ki, "Qoca” şeirlərini müğənni Fədayə Laçına yox, həyat yoldaşına həsr edib:

""Qoca” və həyat yoldaşı bir-birini uşaqlıqdan istəyiblər. Etibar 18 yaşında həbsə düşəndən sonra belə sevgilisi onu gözləyib. Həbsdən çıxandan isə nişanlanıblar. 10 il ailəli olublar, ancaq bəzi səbəblərdən 2014-cü ildə rəsmi nikaha girə biliblər. Bu müddət ərzində bir neçə dəfə uşaqları doğulmamış dünyasını dəyişib. "Qoca” mətbuatda deyildiyi kimi şeirləri Fədayəyə yox, xanımına həsr edib. Fədayə ilə "Qoca” evlərindəki qonaqlıqda tanış olublar. Həmin qonaqlıqda xanımı Fədayəyə üzük bağışlayıb və yoldaşının nömrəsini özü ona verib. O, "Qoca”nın adının Fədayə ilə hallanmasına pis olub”, - deyə "Qoca”nın yaxın qohumlarından biri söyləyib.

635x100

Şərhlər

G.M 2017-11-05 21:40:46

Bütün bunlar artıq gündəmdən çıxarılmalıdır.Nəyinsə lazımsız reklamı boş vaxt itkisidir.Bir ana 5 övlad dünyaya gətirib və hamısı da cinayətkar.Artıq müqəddəs ANA-dan söhbət getmir..Bədbəxt bir Qadının faciəsi ortaya çıxır.Bu cinayətkarı sevənlər də onun kimi.Fədayənin isə sənəti önəmlidir nəin ki,əzəldən uğursuz olan şəxsi həyatı.

Son yazılar